"Sabah"dan ayrılan futbolçu "Arsenal"a transfer olunub
Far.Az xəbər saytı

"Sabah"dan ayrılan futbolçu "Arsenal"a transfer olunub


"Sabah" klubundan ayrılan Ayaz Quliyevin yeni klubu müəyyənləşib.

"Report" xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi Rusiyanın "Arsenal" klubuna transfer olunub.

Bu barədə Tula təmsilçisinin mətbuat xidməti məlumat paylaşıb.

Qeyd edək ki, A.Quliyev daha əvvəl 2021/2022 mövsümündə "Arsenal"da çıxış edib və 26 oyunda 1 məhsuldar ötürmə ilə yadda qalıb. O, 2023-cü ildən "Sabah"da çıxış edirdi. Quliyev bu müddətdə komandanın heyətində 54 oyun keçirib.

"Arsenal" Rusiya I Liqasında 28 xalla 10-cu yerdədir.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti növbəti "açıq qapı günü" tədbirləri keçirib
Musiqili teatrda tarixi an: Dilarə Kazımova "Chicago" ilə yadda qaldı
FHN silsilə maarifləndirmə tədbirləri keçirib
DYMX Neft Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər