İmişlidə yanan evdə meyiti tapılan şəxsin qətlə yetirildiyi ehtimal edilir: Prokurorluq cinayət işi açdı
Far.Az xəbər saytı

İmişlidə yanan evdə meyiti tapılan şəxsin qətlə yetirildiyi ehtimal edilir: Prokurorluq cinayət işi açdı


İmişlidə yanan evdə meyiti tapılan şəxsin qətlə yetirildiyi ehtimal edilir.

Far.Az APA-ya istinadən xəbər verir ki, Qaradonlu kənd sakini, 1957-ci il təvəllüdlü Sədrəddin Fərəcovun qətlə yetirildiyi, daha sonra evin yandırıldığı bildirilir.

Məlumata görə, faktla bağlı İmişli Rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.

Qeyd edək ki, İmişli rayon sakininə məxsus 3 otaqlı evdə yanğın baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin İmişli Yanğından Mühafizə hissəsinin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğın söndürülüb, ətraf ərazilərə keçməsinin qarşısı alınıb.

Yanğın yerinin kəşfiyyatı zamanı kişi meyiti aşkarlanıb. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin İmişli rayon mərkəzinə yerləşdirilib. Ölən şəxsin həmin evdə kirayədə yaşayan İmişli rayonunun Qaradonlu kənd sakini, 1957-ci il təvəllüdlü Sədrəddin Qüdrət oğlu Fərəcov olduğu müəyyən edilib.

Oxşar xəbərlər

İlham Əliyev İmişlidə "Promalt" MMC-nin arpa emalı müəssisəsinin açılışını edib
"McDonald"s Azərbaycan" Yeni Yasamalda restoran açdı
Dərnəgüldə yanan obyektin malları daşınır
Bakıda 4 otaqlı ev 118 800 manatdan - Ucuz mənzillərin satışı başladı
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti növbəti "açıq qapı günü" tədbirləri keçirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər