"Liverpul"un rəsmi saytı "Qarabağ"dan yazdı: "4 157 km..."
Azərbaycanın "Qarabağ" futbol klubu Çempionlar Liqasının liqa mərhələsinin son turunda "Liverpul"la qarşılaşmaq üçün İngiltərənin məşhur "Enfild" stadionuna oyuna çıxacaq.
Far.Az-in məlumtına görə, bu oyun təkcə idman baxımından deyil, həm də tarixi göstərici ilə yadda qalacaq.
"Liverpul" klubunun rəsmi saytı yazır ki, "Qarabağ" Avropa turnirləri çərçivəsində "Enfild"də səfər oyunu keçirən ən uzaq məsafədən gələn komanda olacaq. Ağdam təmsilçisi ev oyunlarını Bakı şəhərində keçirir və Bakı ilə Liverpul arasındakı məsafə təxminən 4 157 kilometr təşkil edir. Bu göstərici indiyədək qeydə alınan bütün analoji səfərləri geridə qoyur.
Əvvəlki rekord 2012-ci ildən Rusiyanın "Anji Mahaçqala" klubuna məxsus idi. Həmin komanda Avropa Liqası çərçivəsində "Liverpul"la oyun üçün təxminən 3 827 kilometr məsafə qət etmişdi. Daha əvvəl İsrailin "Makkabi Hayfa" klubu (3 768 km), Gürcüstanın "Dinamo Tbilisi" (3 731 km), Rusiyanın "Spartak Vladikavkaz" (3 637 km), Kiprin "Apollon Limassol" (3 494 km), Türkiyənin "Trabzonspor" (3 443 km) və "Rubin Kazan" (3 285 km) klubları da uzun məsafələrdən "Enfild"ə səfər etsələr də, heç biri "Qarabağ"ın göstəricisinə çata bilməyib.
Tarixən "Enfild"də keçirilən bu cür Avropa oyunları "Liverpul" üçün həm böyük hesablı qələbələr, həm də klub rekordları ilə yadda qalıb. Məhz bu stadionda gənc futbolçular debüt edib, Avropa turnirlərində qol rekordları yenilənib və yadda qalan qarşılaşmalar baş tutub.
"Qarabağ"ın səfəri isə bu siyahıya yeni və fərqli bir səhifə əlavə edəcək. Azərbaycan klubu həm coğrafi məsafə baxımından, həm də ölkə futbolu adına simvolik məna daşıyan bu rekordla Avropa futbol tarixində öz adını bir daha qeyd etdirmiş olacaq.
Oxşar xəbərlər
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əhaliyə SEVİNDİRİCİ XƏBƏR - 1.1 milyon insanın pensiyası bu faizlə artacaq
-
Ağdaşın bir sıra ərazilərində qaz kəsilib
-
Göygöldə 37 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb
-
Qurban Qurbanov: "Futbolçuların məsuliyyətindən və matça yanaşmasından razı qaldım"
-
"Nəvələrim dedi, Prezidentlə şəkil çəkdir, başımızın üstündən asaq"
-
Paraqvay Prezidenti impiçment nəticəsində vəzifəsindən uzaqlaşdırılıb













