Braziliya millisinin futbolçusu karyerasını ölkəsində davam etdirəcək
Far.Az xəbər saytı

Braziliya millisinin futbolçusu karyerasını ölkəsində davam etdirəcək


Braziliya millisinin futbolçusu Lukas Paketa karyerasını ölkəsində davam etdirəcək.

"Far.Az" "The Athletic"ə istinadən xəbər verir ki, "Flamenqo" 28 yaşlı yarımmüdafiəçinin keçidi üçün İngiltərənin "Vest Hem" klubu ilə razılığa gəlib.

A Seriyası təmsilçisinin oyunçu üçün təxminən 41 milyon avro ödəyəcəyi ehtimal olunur. Transferin tezliklə rəsmiləşəcəyi gözlənilir.

Paketa "Vest Hem"in son matçlarında meydana çıxmayıb. O, son olaraq yanvarın 6-da "Nottinqem Forest"lə qarşılaşmada iştirak edib.

Qeyd edək ki, Lukas Paketa 2022-ci ildən London klubunun formasını geyinir.

Oxşar xəbərlər

İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib
Bakıda dörd tunel və üç yeraltı piyada keçidi inşa edilir
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
"Qarabağ" daha bir futbolçusunu "Flamenqo"ya 6 milyona sata bilər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər