Bakıda bəzi küçələrdə yeni layihə icra olunacaq - Bundan sonra...
Far.Az xəbər saytı

Bakıda bəzi küçələrdə yeni layihə icra olunacaq - Bundan sonra...


"Səkilərə və piyada yollarına dair ümumi tələbləri əks etdirən dövlət standartı təsdiq edilib. Bakının piyadalar üçün rahat və təhlükəsiz şəhərə çevrilməsi istiqamətində bir çox işlər görülür. Küçələr piyadalaşdırılır, yeni piyada zonaları yaradılır və ya genişləndirilir".

Far.Az xəbər verir ki, bunu Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"nın ötən il üzrə icrasına həsr olunan dəyirmi masada çıxışı zamanı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) idarə heyətinin sədri Anar Rzayev deyib.

O əlavə edib ki, artıq Xaqani bağının ətrafına, İçərişəhərə və Əziz Əliyev küçəsinə avtomobillərin girişi məhdudlaşdırılıb:

"Bu ərazidə piyada və mikromobillik zonaları yaradılıb. Şəhərin bəzi mərkəzi küçələrinə isə (Z.Əliyeva, T.Əliyərbəyov, H.Z.Tağıyev, Y.Məmmədəliyev, Ə.Əlizadə küçələri) həftəsonları və bayram günləri avtomobillərin girişinə məhdudiyyətlər tətbiq edilib. Bu küçələrin piyadaların istifadəsinə verilməsi təmin edilib. Həmçinin metronun "28 May" stansiyasının qarşısındakı ərazidə piyada infrastrukturu üçün imkanlar yaxşılaşdırılıb".

Anar Rzayev vurğulayıb ki, Bakı şəhərində piyada zonalarının (dəhlizlərinin) yaradılması işləri çərçivəsində hazırda İslam Səfərli küçəsində abadlıq-quruculuq işləri aparılır:

"Layihə çərçivəsində paytaxtın iki geniş piyada zonası olan Fəvvarələr meydanı və Qış Parkı optimal şəkildə birləşdirilir. İslam Səfərli küçəsi ilə sakinlərin və şəhərimizin qonaqlarının təhlükəsiz gəzintisi təmin ediləcək. Bu il əlavə olaraq Təbriz küçəsində həm piyadalar, həm mikromobillik istifadəçilərinin rahatlığını təmin edən yeni genişmiqyaslı layihə icra olunacaq".

Oxşar xəbərlər

SOCAR "Uniper"lə 2025–2026-cı illər üzrə Əməkdaşlıq Proqramı imzalayıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
İlham Əliyevin sədrliyi ilə Bakı və Abşeronda su təchizatına dair Dövlət Proqramına həsr olunan müşavirə keçirilib - YENİLƏNİB
Bakının Əbdürrəhim bəy Haqverdiyev küçəsində mikromobillik zolağı təşkil edilir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər