Azərbaycan Rumıniya və Moldovaya heyva tədarük etməyə başlayıb
Ötən ilin yanvar-noyabr aylarında Azərbaycan 3,47 milyon ABŞ dolları dəyərində 3 min 552 ton heyva ixrac edib.
"Far.Az"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 72 %, kəmiyyət olaraq – 63 % çoxdur.
Hesabat dövründə Azərbaycan Rusiyaya 2,59 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 34 % çox) 2 min 600 ton (+24 %), Gürcüstana 312 min ABŞ dolları dəyərində (+24 dəfə) 495 ton (+24 dəfə), Almaniyaya 193 min ABŞ dolları dəyərində 166 ton (1 il əvvəl tədarük olmayıb), Səudiyyə Ərəbistanına 121 min ABŞ dolları dəyərində (+7 dəfə) 87 ton (+62 dəfə), Rumıniyaya 79,4 min ABŞ dolları dəyərində 55,5 ton məhsul satıb.
Ötən il son 14 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Moldovaya (53 min ABŞ dolları dəyərində 40 ton) və Rumıniyaya tədarük həyata keçirilib.
2024-cü ildə Azərbaycandan ixrac edilmiş 2 903 ton heyvanın 97 %-i Rusiyanın payına düşüb.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub
-
"SpaceX" ilk dəfə orbital uçuşdan sonra "Starship" gəmisini uğurla tutub
-
Hörmüz boğazının cənubunda iki neft tankeri minaya düşərək partlayıb
-
Aleksandar Vuçiç Serbiya parlamentində fraksiya rəhbəri seçilib
-
İsmayıl Bəqai: ABŞ ilə münaqişə 1979 yox, 1953-cü ildə başlayıb













