Gürcüstanın sabiq səhiyyə nazirinin müavini girov qarşılığında azadlığa buraxılıb
Far.Az xəbər saytı

Gürcüstanın sabiq səhiyyə nazirinin müavini girov qarşılığında azadlığa buraxılıb


Gürcüstanın həbs edilən sabiq səhiyyə nazirinin müavini İlia Quduşauri 500 min lari girov qarşılığında azadlığa buraxılıb

"Far.Az"un Gürcüstan bürosu xəbər verir ki, məhkəmə keçmiş səhiyyə nazirinin müavini İlia Quduşauri barəsində qətimkan tədbiri kimi 500 min lari məbləğində girov müəyyən edib.

Bundan əlavə, prokurorluğun vəsatəti ilə İlia Quduşaurinin şəxsiyyət vəsiqəsi və pasportu müsadirə olunacaq.

Müdafiə tərəfi və təqsirləndirilən şəxs prokurorun təqdim etdiyi vəsatətlə razılaşıb. Hakim Nana Şamatava prokurorluğun vəsatətini tam şəkildə təmin edib.

Qeyd edək ki, İlia Quduşauri Gürcüstan Cinayət Məcəlləsinin 332-ci maddəsinin 2-ci hissəsi - vəzifə səlahiyyətlərindən sui-istifadə maddəsi ilə ittiham olunur. Təqsirləndirilən şəxs irəli sürülən ittihamları etiraf edib.

Oxşar xəbərlər

Qaribaşvilinin evindən müsadirə edilən 6,5 milyon dollar dövlət büdcəsinə köçürülüb - YENİLƏNİB-3
"Qarabağ KOB-ları" layihəsi - şəhid ailələrinin, qazilərin məşğulluğuna və biznes təşəbbüslərinə dəstək
Ağır cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilib - YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər