Stomatoloq diş sağlamlığı üçün zərərli olan 5 vərdişi açıqladı
Stomatoloq Leonardo Açioli ilk baxışdan zərərsiz görünən gündəlik vərdişlərin diş sağlamlığına ciddi ziyan vura biləcəyini bildirib.
BAKU.WS xəbər verir ki, o, bu təhlükəli vərdişlər barədə Terra nəşrinə müsahibəsində danışıb.
Açiolinin sözlərinə görə, dırnaqları dişləmək, barmaq sormaq, diş çöpündən istifadə etmək, qidanı yalnız bir tərəflə çeynəmək və qablaşdırmaları dişlə açmaq ağız boşluğunun sağlamlığına mənfi təsir göstərir.
Mütəxəssis qeyd edib ki, bu cür vərdişlər dişlərin sınmasına, emalin aşınmasına, dişləm pozuntularına, diş ətlərinin iltihabına, həmçinin infeksiya riskinin artmasına səbəb ola bilər.
Bundan əlavə, stomatoloq ağız boşluğunun gigiyenası üçün istifadə olunan vasitələrin seçiminə də diqqətlə yanaşmağı tövsiyə edib. Onun sözlərinə görə, yüksək aşındırıcılığa malik diş məcunları və ya tərkibində spirt faizi çox olan ağız yaxalayıcıları ağız boşluğundakı mikroorqanizmlərin təbii balansını poza və dişlərin həssaslığını artıra bilər.
Oxşar xəbərlər
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda kosmetoloji vasitələrin satışı anbarının fəaliyyəti dayandırılıb
Kiyevə raket hücumu zamanı Azərbaycanın Ukraynadakı səfirliyinə ciddi ziyan dəyib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub
-
"SpaceX" ilk dəfə orbital uçuşdan sonra "Starship" gəmisini uğurla tutub
-
Hörmüz boğazının cənubunda iki neft tankeri minaya düşərək partlayıb
-
Aleksandar Vuçiç Serbiya parlamentində fraksiya rəhbəri seçilib
-
İstanbul hava limanında sərnişinin baqajından 12,8 kq narkotik aşkarlanıb













