Nanə görünüşünü tənqid edənlərə səsləndi: "Sağlam qidalanın, idmanla məşğul olun!"
Far.Az xəbər saytı

Nanə görünüşünü tənqid edənlərə səsləndi: "Sağlam qidalanın, idmanla məşğul olun!"


Aparıcı Nanə Ağamalıyeva xarici görünüşü ilə bağlı yayılan xəbərlərə reaksiya verib.

Far.Az xəbər verir ki, aparıcı çəki atmasını sağlam qidalanması ilə əlaqələndirib:

"Məni tanıyan hər kəs bilir ki, həkim olaraq sağlam və düzgün həyat tərzinə həmişə üstünlük vermişəm. Amma məni tanımayanların da diqqətinə çatdırmaq istəyirəm ki, sağlamlıq ilk növbədə ruhdan başlayır. Ruhu sağlam olan insanlar həyata, daha işıqlı və daha güclü baxırlar.

Nanə görünüşünü tənqid edənlərə səsləndi:

Həyata baxışınız sizin aynanızdır. Sağlam yaşayın, sağlam qidalanın, idmanla məşğul olun. Bədənimizi idarə edən enerjidir və yalnız o enerjini hərəkətə gətirdikdə insan öz həyatı ilə bağlı yeni, doğru qərarlar verməyə başlayır.

Nanə görünüşünü tənqid edənlərə səsləndi:

Bu həyatı, bu ömrü bizə bəxş edən Allahdır. Həyatınızı, düzəninizi, ömrünüzü gözəlləşdirməyə tələsin. Mən həm həyatımdan, həm də Allahımdan hər zaman çox razıyam. İstədiyim hər nə varsa, artıqlaması ilə mənə bəxş edib" -deyə aparıcı bildirib.

Oxşar xəbərlər

Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər