FNC BOKT-un istiqrazları üzrə hərracın tarixi açıqlanıb
Far.Az xəbər saytı

FNC BOKT-un istiqrazları üzrə hərracın tarixi açıqlanıb


Fevralın 5-də "Bakı Fond Birjası" QSC-də (BFB) FNC QSC bank olmayan kredit təşkilatı (BOKT) 4,75 milyon manatlıq faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

"Far.Az" bu barədə Birjaya istinadən xəbər verir.

Məlumata görə, hər birinin nominal dəyəri 5 000 manat olan 950 ədəd istiqraz kütləvi təklif üsulu ilə yerləşdiriləcək və 60 ay tədavüldə olacaq. Onların illik gəlirliliyi 15 %-dir. Faizlər illik ödəniləcək. Prosesin anderrayteri "CPM-İnvest İnvestisiya Şirkəti" ASC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.

Emitentin tədavül müddətində istiqrazları geri satın alması nəzərdə tutulmayıb.

Oxşar xəbərlər

"Kəpəz" BOKT-un istiqrazları üzrə hərracın tarixi açıqlanıb
"Regional" BOKT-un istiqrazları üzrə hərracın tarixi açıqlanıb
"Xalq Bank" 5 milyon manatlıq istiqraz buraxır
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər