"Qəbələ"nin məşqçisi: "İmişli" ilə oyunda qələbə seriyasını davam etdirmək istəyirdik"
"Qəbələ" "İmişli" ilə oyunda qələbə seriyasını davam etdirmək istəyib.
"Report" xəbər verir ki, bunu "Qəbələ"nin məşqçisi George Çixradze Misli Premyer Liqasının XVIII turunda "İmişli"yə qarşı keçirilən oyundan sonra mətbuat konfransında deyib.
Mütəxəssis qalib gəldikləri matç barədə danışıb:
"Çox maraqlı, dinamik oyun oldu. "Şamaxı" ilə matçdan sonra bu oyuna yaxşı hazırlaşmışdıq. Qələbə seriyasını davam etdirmək istəyirdik. Təhlükəli zonadan çıxmaq üçün bizə xallar lazımdır. Oyun qarşılıqlı hücumlar şəraitində keçdi. İki dəfə hesabda önə keçdik. Bu komandanın xarakterini göstərir. Azarkeşlərimizə təşəkkür edirəm, sona qədər bizi dəstəklədilər. Futbolçulara da "sağ ol" deyirəm. Onlar bütün epizodlarda tam gücləri ilə oynadılar".
Qeyd edək ki, "Qəbələ" - "İmişli" qarşılaşması "qrımızı-qaralar"ın 3:2 hesablı qələbəsi ilə bitib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ölkə ərazisinin əksər yerlərində hava yağıntılıdır - Faktiki hava
-
Lənkəran, Astara, Masallı, Lerik və Yardımlıda Zəfər Günü qeyd edilib
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
-
Azərbaycan Prezidenti: 44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi
-
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub













