Prezidentin təltif etdiyi gənclərlə tanış olun!
Bu gün Prezident İlham Əliyev 2026-cı il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən bəzi şəxslərə 2026-cı il Gənclər üçün Prezident mükafatları verilib.
BAKU.WS "Qafqazinfo"ya istinadən təltif edilən gənclərdən bəziləri haqda məlumatları təqdim edir:
Prezident mükafatına layiq görülən gənclərdən biri "Regional İnkişaf" İctimai Birliyinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdiri Gülbağda Leysanova-Hacıyevadır.
Prezident Sərəncamı ilə təltif olunan gənclərimizin sırasında DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin təlimçisi, II dərəcə əlilliyi olan görmə məhdudiyyətli ifaçı Səməd Novruzov da var.
Mükafata layiq görülən gənclər biri də BDU-nun SABAH qruplarının məzunu Lamiyə Məmmədovadır. O, hazırda Qarabağ Universitetində çalışır.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Mexanika kafedrasında müəllimi Mahmud İsmayılov da təltif olunanlar arasındadır. O, həmçinin "TEKNOFEST Azərbaycan robototexnika" yarışının qalibi, IDDA & KOICA proqramının ən yaxşı təlimçisi, 13 elmi məqalə müəllifidir.
Prezident mükafatına layiq görülən gənclər biri də opera ifaçısı Elmina Həsənovadır. O, 2024-cü ildə Hindistanın Mumbay şəhərində keçirilən mötəbər beynəlxalq opera ifaçılığı müsabiqəsində "Operalia" müsabiqəsində ikinci yerə çıxıb və "Pepita Embil" mükafatına layiq görülüb.
Təltif olunan gənclərdən biri də Qoşulmama Hərəkatı Gənclər Təşkilatının Baş katibi Leyla Həsənovadır.
Azərbaycanın gənc opera müğənniləri nəslinin nümayəndələrindən biri olan Mahir Tağızadə də təltif olunanlar sırasındadır. O, güclü bariton və zəngin səhnə ifaçılığı ilə həm ölkə daxilində, həm də xaricdə tanınır.
Həmin gənclərin siyahısında Sərxan Ağadadaşovun da adı var. O, Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətinin Milli Aviasiya Akademiyasının "Pilotsuz uçuş aparatları" qrupunun qrup rəhbəridir.
Oxşar xəbərlər
İlham Əliyev Səməd Vurğun adına Yaradıcılıq Evinin açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
2026-cı il Gənclər üçün Prezident mükafatları verilib
-
Bir qrup şəxsə 2026-cı il Gənclər üçün Prezident mükafatları verilib - SƏRƏNCAM
-
Türkiyədə restoranlarda servis haqqı qadağan edilib
-
Marketdə "kömək etmək" adı ilə vətəndaşa yaxınlaşıb çantasını oğurlayan şəxs saxlanıldı
-
"EU Today": Azərbaycan Avropa ilə Mərkəzi Asiya arasında unikal mövqeyə malikdir
-
İlham Əliyev Yunanıstanın Azərbaycandakı yeni səfirinin etimadnaməsini qəbul edib













