İnsan özünü dəyərsiz hiss etdikdə paxıllıq edir
Paxıllıq hissi adətən daxili boşluqlardan doğur. İnsan özünü dəyərsiz hiss etdikdə başqalarının uğuru insana "məndə nə çatmır?" hissini yaşadır. Bu da zamanla paxıllığa çevrilir.
Bu barədə psixoloq Əbdül Səlimli Far.Az-ə açıqlamasında bildirib. Mütəxəssisin fikrincə, bir çox valideyin övladlarına həmyaşıdlarının uğurlarından örnəklər verib onlara düzgün təhsil və istiqamət verməyə çalşır.
"Bu halda "bax filankəs daha yaxşıdır" deyə böyüyənlər başqasının uğurunu öz məğlubiyyəti kimi görür.
Bəzən paxıllıq hissi ədalətsizlikdən doğulur. İnsan çalışmadığı, risk etmədiyi halda başqasının nəticə əldə etməsinə dözə bilmir. Özünü sevən insan başqasının uğuruna sevinə bilir. Özünü sevməyən isə paxıllıq edir", - deyə ekspert bildirib.
"Məndən üstün olar", "yerimi tutar", "sevilmərəm" qorxusu paxıllığı qidalandırır. Əbdül Səlimli deyir ki, bu hiss bəzi məqamlarda özünü daha da qabarıq göstərir:
"Paxıllıq hissi xüsusən status, pul, münasibət, diqqət kimi mövzularda daha çox ortaya çıxır. Paxıllıq edən insan əslində qarşısındakına yox, özünə qəzəblidir. Bu hiss müalicə olunmazsa kinə, dedi-qoduya, zərər vermə istəyinə çevrilə bilər. Bir birimizə daha səmimi və səbirli davranmaq vacibdir".
Ziya SƏCCAD
Oxşar xəbərlər
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub
-
"SpaceX" ilk dəfə orbital uçuşdan sonra "Starship" gəmisini uğurla tutub
-
Hörmüz boğazının cənubunda iki neft tankeri minaya düşərək partlayıb
-
Aleksandar Vuçiç Serbiya parlamentində fraksiya rəhbəri seçilib
-
İstanbul hava limanında sərnişinin baqajından 12,8 kq narkotik aşkarlanıb













