Windows-da gizli funksiyalar aşkarlandı
"ZDNet" nəşrinin jurnalistləri Windows 11 əməliyyat sistemində noutbuk batareyasının vəziyyətini yoxlamağa imkan verən gizli funksiyanın mövcud olduğunu açıqlayıblar.
BAKU.WS xəbər verir ki, bildirilir ki, noutbuk batareyaları istehlak materialı hesab olunur və onların resursu vaxtaşırı yoxlanılmalıdır. Məlum olub ki, Microsoft-un əməliyyat sistemində istifadəçilərin batareyanın vəziyyəti ilə bağlı ətraflı məlumat əldə etməsinə imkan verən daxili alət var.
Bu funksiyadan istifadə etmək üçün axtarış bölməsində PowerShell açılmalı, daha sonra açılan pəncərədə powercfg /batteryreport /output "C:battery-report.html" əmri daxil edilməlidir. Nəticədə sistem diskində batareya haqqında məlumatları əks etdirən hesabat faylı yaradılır.
Hesabatda batareyanın adı, kimyəvi tərkibi, mövcud vəziyyəti və son şarj prosesləri ilə bağlı məlumatlar yer alır. Jurnalistlərin fikrincə, bu məlumatlar batareyanın nə vaxt sıradan çıxa biləcəyini öncədən təxmin etməyə və vaxtında dəyişdirməyə kömək edir.
Qeyd edək ki, daha əvvəl "BGR" nəşri kompüterin işini yavaşlada bilən proqramlar sırasında brauzerləri, antivirusları və müxtəlif "launcher"ləri sadalamışdı.
Oxşar xəbərlər
Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub
-
"SpaceX" ilk dəfə orbital uçuşdan sonra "Starship" gəmisini uğurla tutub
-
Hörmüz boğazının cənubunda iki neft tankeri minaya düşərək partlayıb
-
Aleksandar Vuçiç Serbiya parlamentində fraksiya rəhbəri seçilib
-
İsmayıl Bəqai: ABŞ ilə münaqişə 1979 yox, 1953-cü ildə başlayıb













