KİV: İraqda prezident seçkiləri fevralın 1-də keçiriləcək
Far.Az xəbər saytı

KİV: İraqda prezident seçkiləri fevralın 1-də keçiriləcək


İraqda prezident seçkiləri fevralın 1-də keçiriləcək.

"Report"un yerli INA-ya istinadən məlumatına görə, yeni tarixi ölkənin Nümayəndələr Şurası müəyyən edib.

"1 fevralda keçiriləcək iclasın gündəliyində bir sıra deputatların and içməsi və ölkə prezidentinin seçilməsi məsələsi dayanır," – parlamentin məlumatından sitat gətirilib.

Daha əvvəl bildirilmişdi ki, İraqda prezident seçkiləri 27 yanvarda baş tutmalı idi, lakin parlament iclası kvorum olmadığı üçün təxirə salınmışdı.

İraq parlamenti 2025-ci il dekabrın 29-da yeni sədr seçib. Bundan sonra ölkə konstitusiyasına əsasən, 30 günlük müddət başlayıb ki, bu müddət ərzində deputatlar respublika prezidentini seçməli, prezident isə ən böyük koalisiyaya baş nazir postuna namizəd irəli sürməyi tapşırmalıdır. 24 yanvarda İraqın əksər blok və partiyalarını birləşdirən Koordinasiya Şurası yeni hökumətin başçısı vəzifəsinə Nuri əl-Malikinin namizədliyini rəsmi şəkildə elan edib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər