Tramp: ABŞ digər ölkələri Venesuelada neft çıxarmağa dəvət edir
Amerika Birləşmiş Ştatları (ABŞ) digər ölkələri Venesuelada neft hasilatı layihələrində iştiraka dəvət edib.
"Report" xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evin Oval Kabinetində yeni fərmanları imzalayarkən bildirib.
"Venesueladakı vəziyyətlə bağlı onu deyə bilərəm ki, Karakasdakı rəhbərlik çox yaxşı fəaliyyət göstərir. Biz çox xoşbəxtik və biz çox yaxşı yola gedirik. Biz dünya ölkələrini dəvət edirik. Çox tezliklə onlar neft qəbul etməyə başlayacaqlar", - Amerika lideri bildirib.
O, ABŞ-nin Venesueladakı əməliyyatdan qabaq bölgəyə cəlb edilmiş Amerika Hərbi Dəniz Qüvvələrinin bir hissəsinin hələ də orada qaldığını açıqlayıb.
"Onlar hələ də Venesuelanın yaxınlığındadır", - ABŞ Prezidenti qeyd edib.
Daha əvvəl Venesuela Prezidentinin səlahiyyətlərini icra edən Delsi Rodriqes bildirib ki, respublika dünyanın ən böyük neft ehtiyatlarına malik ölkə statusundan dünyanın ən böyük istehsalçısına keçməlidir və bunun üçün 2026-cı ildə 1,4 milyard dollar investisiya cəlb olunacaq.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
2026-cı il Gənclər üçün Prezident mükafatları verilib
-
Bir qrup şəxsə 2026-cı il Gənclər üçün Prezident mükafatları verilib - SƏRƏNCAM
-
Türkiyədə restoranlarda servis haqqı qadağan edilib
-
Marketdə "kömək etmək" adı ilə vətəndaşa yaxınlaşıb çantasını oğurlayan şəxs saxlanıldı
-
"EU Today": Azərbaycan Avropa ilə Mərkəzi Asiya arasında unikal mövqeyə malikdir
-
İlham Əliyev Yunanıstanın Azərbaycandakı yeni səfirinin etimadnaməsini qəbul edib













