Türkiyədə sel fəlakəti nəticəsində onlarla ev və avtomobil sular altında qalıb
Far.Az xəbər saytı

Türkiyədə sel fəlakəti nəticəsində onlarla ev və avtomobil sular altında qalıb


Türkiyənin Mersin vilayətində aramsız yağan leysan yağışları sel fəlakətinə səbəb olub.

"Far.Az" xəbər verir ki, bu barədə Mersin vilayət administrasiyasının "X" sosial media hesabında paylaşımında bildirilib.

Qeyd olunub ki, sel nəticəsində 51 ev və 8 maşın su altında qalıb. Köməksiz vəziyyətdə qalan 12 şəxs isə xilas edilib. Bundan başqa, bəzi ərazilərdə qaya parçaları dağdan qoparaq yola düşüb, torpaq sürüşmələri qeydə alınıb.

Fəsadların aradan qaldırılması üçün 509 texnika və 1142 canlı qüvvə cəlb edilib.

Leysan yağışlarının yanvarın 31-də də davam edəcəyi proqnozlaşdırılır.

Oxşar xəbərlər

"Qızıl qaya" şadlıq evinin fəaliyyəti dayandırılıb
İlham Əliyev Bakıda keçirilən hərbi paradda çıxış edib - CANLI
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Nazir Vilayət Eyvazov Sumqayıtda vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər