Goranboyda əri tərəfindən bıçaqlanan qadının vəziyyəti AÇIQLANDI
Far.Az xəbər saytı

Goranboyda əri tərəfindən bıçaqlanan qadının vəziyyəti AÇIQLANDI


Goranboy rayonunda həyat yoldaşı tərəfindən bıçaqlanan qadının vəziyyəti açıqlanıb.

Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, Gəncə Şəhər Birləşmiş Xəstəxanasının məlumatına əsasən, bu gün səhər saat 05:30-da 1995-ci il təvəllüdlü şəxs (qadın) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxanaya hospitalizasiya olunub.

Başın, döş qəfəsinin və kürəyin açıq yarası diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyəti orta ağır qiymətləndirilən şəxsin müalicəsi müvafiq şöbədə davam etdirilir.

Qeyd edək ki, hadisə Goranboy rayonunun Faxralı kəndi ərazisində qeydə alınıb.

Kənd sakini 1963-cü il təvəllüdlü Zoya Rüstəm qızı Əhmədova bir neçə bıçaq zərbəsi ilə qətlə yetirilib. Hadisə zamanı Z.Əhmədovanın gəlini, 1995-ci il təvəllüdlü Jalə Sahib Qızı Yolçuyeva da bıçaqlanıb. O, xəstəxanaya çatdırılıb.

Məlumata görə, hadisəni Z.Əhmədovanın oğlu, Vətən müharibəsi qazisi, üçüncü qrup əlil, 1987-ci il təvəllüdlü Emin Xaləddin oğlu Vəliyev törədib. O, polis əməkdaşları tərəfindən saxlanılıb.

Oxşar xəbərlər

Goranboyda yaşayış binasında uçqun zamanı xəsarət alanların VƏZİYYƏTİ AÇIQLANIB
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
SOCAR-ın Bakı Ali Neft Məktəbinin nəzdində fəaliyyət göstərən Rəqəmsal Biliklər Liseyinin rəsmi açılış mərasimi keçirilib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər