Oğlu döyülən Xalq artistinin həyat yoldaşı danışdı
Far.Az xəbər saytı

Oğlu döyülən Xalq artistinin həyat yoldaşı danışdı


Azərbaycanın mərhum Xalq artisti Yuri Balıyevin 45 yaşlı oğlu Artur Balıyev yanvarın 30-da axşam saatlarında paytaxtın Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində döyülüb.

Baku TV-nin məlumatına görə, zərərçəkənin anası Natalia Balıyeva isə oğlunun ciddi zədə aldığını söyləyib.

'"Onlar çox aqressiv idilər. Mənim oğlum ciddi zədə alıb, gözünün altı qaralıb. Artur yemək yeyə bilmir, yalnız su içir. Onun beyni silkələnib. Mən istəmirəm ki, insanlar özünü boş şeylərə görə belə aparsınlar", - o qeyd edib.

Faktla bağlı Daxili İşlər Nazirliyindən bildirilib ki, hadisə ilə əlaqədar ərazi polis şöbəsində araşdırma aparılır. Artur Balıyevin izahatı alınıb. Aralarında yaranmış mübahisə zamanı ona xəsarət yetirməkdə şübhəli bilinən Turxan Zeynalov polis əməkdaşları tərəfindən saxlanılıb.

Oxşar xəbərlər

Şəhidlər xiyabanına xalq ziyarəti axşam saatlarında da davam edir
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
Xalq artisti Əminə Yusifqızı dəfn olunub
Xalq artisti Hacı Murad Yegizarov II Fəxri xiyabanda dəfn olunub
Vidadi Zeynalovun MİLYONLUQ əmlakları hərraca çıxarılır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər