İtaliyanın xüsusi elçisi: Azərbaycanın COP çərçivəsində təşəbbüskar olduğu layihələr olduqca uğurludur
Far.Az xəbər saytı

İtaliyanın xüsusi elçisi: Azərbaycanın COP çərçivəsində təşəbbüskar olduğu layihələr olduqca uğurludur


COP29-un gündəliyində olan əsas mövzulardan biri iqlim dəyişikliyi ilə mübarizə üçün maliyyə məsələsi olacaq və düşünürəm ki, Azərbaycanın rəhbərliyi ilə nəzərdə tutulmuş maliyyə hədəflərinə nail olmaq mümkün olacaq.

Bunu "Far.Az"un ABŞ bürosuna açıqlamasında İtaliyanın İqlim Dəyişikliyi üzrə xüsusi elçisi Françesko Korvaro söyləyib.

COP29-a hazırlıqlar çərçivəsində bir neçə dəfə Bakıda səfərdə olmuş elçi bildirib ki, Azərbaycanın COP çərçivəsində təşəbbüskar olduğu layihələr olduqca uğurludur: "Bu COP asan olmayacaq, çünki biz maliyyə məsələsini müzakirə etməliyik və mən hesab edirəm ki, Azərbaycanın rəhbərliyi ilə COP üçün maliyyənin vacibliyinə nail olmaq mümkündür. Bundan əlavə, onların təşəbbüskarı olduğu bir çox layihələr var və mən inanıram ki, onların yaxşı nəticələr verəcək".

O, İtaliyanın "Azərbaycanın COP29 komandası ilə iqlim və sülhü birləşdirən "İqlim, sülh və insan mobilliyi" təşəbbüsü ilə bağlı həqiqətən uğurlu əməkdaşlıq içində" olduğunu vurğulayıb:

"COP komandası ilə yaxından işləyirik və iqlim dəyişikliyi ilə əlaqəli miqrasiya problemi, qida təhlükəsizliyi ilə bağlı konkret addımların atılması üçün geniş fəaliyyətlər planı həyata keçiririk və mən Azərbaycanla əməkdaşlıqdan çox məmnunam. Azərbaycana COP prezidentliyində uğurlar arzulayıram, düşünürəm ki, onlar fərqliliklər edəcəklər".

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
BMT-də COP29 sədrliyinin ev sahibliyi ilə “İqlim, Sülh və İnsan mobilliyi” dəyirmi masası keçirilib
“COP29 üçün effektiv kommunikasiya strategiyaları” mövzusunda media seminarı keçirilib - YENİLƏNİB
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2
BMT rəsmisi: Azərbaycanın COP29-a hazırlaşmaq üçün məhdud vaxtı olub, lakin peşəkar şəkildə irəliləyiş əldə edilib - MÜSAHİBƏ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər