Cəlilabadda əmiləri tərəfindən baltalanan yeniyetmələrin vəziyyətləri açıqlanıb
Far.Az xəbər saytı

Cəlilabadda əmiləri tərəfindən baltalanan yeniyetmələrin vəziyyətləri açıqlanıb


Cəlilabadda baltalanan yeniyetmələrin vəziyyəti ağır olaraq qalır.

Far.Az "Report"a istinadən xəbər verir ki, bu barədə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

Bildirilib ki, 01.02.2026-cı il tarixində saat 17:00 radələrində 2 nəfər (1-i qadın, 1-kişi) Xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı kəsilmiş yaraları diaqnozu təyin edilib.

Hər iki şəxsin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyətləri ağır olaraq qiymətləndirilir.

***

Cəlilabadda balta xəsarəti alan yeniyetmələrin kimliyi məlum olub.

Far.Az "Report"a istinadən xəbər verir ki, onlar rayonun Üçtəpə kənd sakinləri - 2012-ci il təvəllüdlü Nağıyev Hüseyn Musa oğlu və 2011-ci il təvəllüdlü Nağıyeva Həqiqət Musa qızıdır.

Hadisə ilə bağlı DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Report"un yerli bürosunun sorğusuna cavab olaraq bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 49 yaşlı Ə. Nağıyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

***

Cəlilabad rayonunda 12 və 14 yaşlı uşaqlar baltadan xəsarət alıblar.

Far.Az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Üçtəpə kəndində qeydə alınıb.

İlkin məlumata görə, kənd sakini qardaşı qızı və oğluna balta ilə müxtəlif bədən xəsarətləri yetirməkdə şübhəli bilinir.

Xəsarət alan yeniyetmələr Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Hadisəsin təfərrüatları dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Cəlilabadda əmiləri tərəfindən baltalanan yeniyetmələrin vəziyyətləri açıqlanıb - YENİLƏNİB-2
Bir qrup dövlət qulluqçusu təltif edilib - SƏRƏNCAM
Media nümayəndələri təltif edilib - Prezidentdən SƏRƏNCAM

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər