BDU-nun müəllimi vəfat edib
Far.Az xəbər saytı

BDU-nun müəllimi vəfat edib


Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsinin müəllimi, coğrafiya üzrə elmlər namizədi Firəngiz Eyyub qızı Qasımova vəfat edib.

BAKU.WS xəbər verir ki, bu barədə universitetin səhifəsində bildirilib.

Qeyd olunub ki, Firəngiz Qasımova 30 mart 1959-cu ildə Bakı şəhərinin Zirə qəsəbəsində anadan olub. 1980–1986-cı illərdə BDU-nun Coğrafiya fakültəsində ali təhsil alıb.

Firəngiz Qasımova 1980-ci ildən etibarən BDU-da əmək fəaliyyətinə başlayıb, uzun illər İqtisadi və sosial coğrafiya, 2007-ci ildən isə Azərbaycan coğrafiyası və coğrafiyanın tədrisi metodikası kafedralarında çalışıb. 2007-ci ildə "Abşeron iqtisadi rayonunun şəhər tipli yaşayış məntəqələrinin inkişafının iqtisadi və sosial təhlili" mövzusunda dissertasiya müdafiə edərək coğrafiya üzrə elmlər namizədi elmi dərəcəsini alıb.

Elmi fəaliyyəti dövründə 55 elmi məqalənin, o cümlədən 1 dərsliyin, 2 monoqrafiyanın və 7 tədris proqramının müəllifi olub. Onun tədqiqatları əsasən Azərbaycanın regionlarının sosial və iqtisadi-coğrafi problemlərinə həsr edilib. Firəngiz Qasımova ölkə daxilində və xaricdə keçirilən çoxsaylı beynəlxalq və respublika səviyyəli konfrans, simpozium və elmi tədbirlərdə fəal iştirak edib.

Allah rəhmət eləsin!

BDU-nun müəllimi vəfat edib

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Prezident Qarabağ Universitetinin Biznes və iqtisadiyyat fakültəsinin binasının açılışında iştirak edib
Əmək və Sosial Münasibətlər Akademiyasında COP29-a həsr edilən elmi nəşrin təqdimatı olub
Arzu Əliyeva və Alena Əliyeva "Rənglərdə yaşanan 10 il" mövzusunda keçirilən sərgidə iştirak ediblər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər