Azərbaycan Efiopiya və Gürcüstandan qızılgül almağa başlayıb
Ötən ilin yanvar-noyabr aylarında Azərbaycana xaricdən 11,2 milyon ABŞ dolları dəyərində 8,4 milyon ədəd qızılgül gətirilib.
"Far.Az"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 20 %, kəmiyyət olaraq – 23 % çoxdur.
Hesabat dövründə Azərbaycan Ekvadordan 8,1 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 11 % çox) 5,4 milyon ədəd (+7 %), Kolumbiyadan 1 milyon ABŞ dolları dəyərində (+32 %) 771 min ədəd (+36 %), Keniyadan 894 min ABŞ dolları dəyərində (+37 %) 624 min ədəd (+12 %), İrandan 634 min ABŞ dolları dəyərində (+6,3 dəfə) 1,11 milyon ədəd (+9,4 dəfə), Niderlanddan 172 min ABŞ dolları dəyərində (-14 %) 141 min ədəd (-20 %) məhsul alıb.
Ötən il son 14 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Efiopiyadan tədarük (29 min ABŞ dolları dəyərində 22,8 min ədəd) və Gürcüstandan (6 min ABŞ dolları dəyərində 12 min ədəd) həyata keçirilib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycana xaricdən gətirilən UCUZ ƏTLƏR: 11 manatdan başlayır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub
-
"SpaceX" ilk dəfə orbital uçuşdan sonra "Starship" gəmisini uğurla tutub
-
Hörmüz boğazının cənubunda iki neft tankeri minaya düşərək partlayıb
-
Aleksandar Vuçiç Serbiya parlamentində fraksiya rəhbəri seçilib
-
İsmayıl Bəqai: ABŞ ilə münaqişə 1979 yox, 1953-cü ildə başlayıb













