Macarıstan Rusiya ilə bağlı Avropa Məhkəməsinə müraciət edib
Far.Az xəbər saytı

Macarıstan Rusiya ilə bağlı Avropa Məhkəməsinə müraciət edib


Macarıstan Avropa İttifaqı (Aİ) ölkələrinə Rusiyanın enerji resurslarının idxalını qadağan edən "REPowerEU" reqlamentinə etiraz etmək və onu ləğv etmək məqsədilə Avropa Məhkəməsində iddia qaldırıb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto "X" sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.

Macarıstan XİN rəhbəri bildirib ki, enerji resurslarının idxalına qadağa yalnız yekdil təsdiq tələb edən sanksiyalar çərçivəsində tətbiq oluna bilər: "Bu halda reqlament ticarət siyasəti tədbiri adı altında qəbul edilib".

Onun sözlərinə görə, Aİ müqavilələrində aydın şəkildə qeyd olunub ki, hər bir üzv dövlət enerji mənbələri və tədarükçülərin seçimini müstəqil şəkildə müəyyənləşdirir.

P.Siyarto vurğulayıb ki, bu qərar Aİ-nin bütün ölkələri üçün enerji təchizatının təhlükəsizliyini təmin etməyi nəzərdə tutan enerji həmrəyliyi prinsipini pozur.

"Alternativlər daha bahalı və daha az etibarlıdır. Rusiya nefti və qazı olmadan enerji təhlükəsizliyini təmin etmək və Macarıstan vətəndaşları üçün enerjinin qiymətini aşağı saxlamaq mümkün deyil", - o yazıb.

Xatırladaq ki, 2026-cı il yanvarın 26-da Aİ-nin 27 üzv dövləti 2027-ci ilin sonuna qədər Rusiyadan mayeləşdirilmiş təbii qaz idxalının tədricən dayandırılması haqqında reqlamenti rəsmi olaraq qəbul edib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
İlham Əliyev və Peter Pelleqrini Bratislavada Devin qəsrində olublar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər