Tanınmış "qanuni oğru"nun xəstəliklə həbsdən çıxmasına imkan vermədilər
Far.Az xəbər saytı

Tanınmış "qanuni oğru"nun xəstəliklə həbsdən çıxmasına imkan vermədilər


Rusiyada məhkəmə cinayət aləmində "Vasya Bandit" ləqəbi ilə tanınan kriminal avtoritet İqor Kokunovun xəstəlik səbəbilə cəzadan azad olunması ilə bağlı vəsatətin baxılmasını dayandırıb.

Far.Az xəbər verir ki, bu barədə "REN TV" məlumat yayıb.

Məlumata görə, bu qərar Kokunov barəsində cinayət işinin yenidən bərpa olunması ilə əlaqədardır.

İstintaqın versiyasına əsasən, "Vasya Bandit" əlbir olduğu şəxslə birlikdə "Birinci Moskva Saat Zavodu"nun rəhbərindən 5 milyon avro tələb edib və onu, eləcə də ailə üzvlərini fiziki zorakılıqla hədələyib.

Təhdidlərdən sonra sahibkar hüquq-mühafizə orqanlarına müraciət edib. Qeyd olunur ki, məhkum edilmiş şərik sonradan şərti vaxtından əvvəl azadlığa buraxılıb.

Daha əvvəl bildirilmişdi ki, yanvarın 21-də "qanuni oğru"nun həbs qətimkan tədbiri mart ayının sonunadək uzadılıb. Onun vəkili Mariya Kazantseva isə deyib ki, müdafiə etdiyi şəxs həbsdə qala bilməz - o, əlil arabasında hərəkət edir, son üç il ərzində altı insult və iki infarkt keçirib.

Tanınmış

Oxşar xəbərlər

Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər