Xamenei son etirazları dövlət çevrilişinə cəhd adlandırıb
Far.Az xəbər saytı

Xamenei son etirazları dövlət çevrilişinə cəhd adlandırıb


İrandakı etirazlar dövlət çevrilişinə cəhdə bənzəyirdi, lakin qarşısı alındı.

"Report" xəbər verir ki, bunu İranın Ali Rəhbəri Seyid Əli Xamenei "X"dəki hesabında yazıb.

"Məqsəd ölkədəki mühüm və nüfuzlu hakimiyyət mərkəzlərinin məhv edilməsi idi. Onlar polisə, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) qərargahına, bəzi hökumət qurumlarına və banklara hücum etdilər", - Xamenei bildirib.

İranın ali rəhbəri digər paylaşımında bazarlarda başlayan etirazların əsaslı olduğunu da etiraf edib: "Tacirlərin arqumentləri doğru idi, lakin onların dinc aksiyalarında üsyançılar da gizlənməyə çalışıblar".

Oxşar xəbərlər

Xamenei: İrandakı etirazlar ABŞ tərəfindən təşkil olunub
Heydər Əliyev Fondu Lənkəran uşaq evini əsaslı yenidənqurmadan sonra istifadəyə verib
Şəhidlər xiyabanına xalq ziyarəti axşam saatlarında da davam edir - YENİLƏNİB
İranda keçirilən etirazların XRONOLOGİYASI: Zorakılıqla çalxalanan 47 il
Dərnəgüldəki yanğına 18 texnika və 70 əməkdaş cəlb olunub, qərargah yaradılıb - YENİLƏNİB-7

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər