Rusiya XİN: Moskva ümid edir ki, İrəvan anti-Rusiya bloklarının standartlarına uyğunlaşmayacaq
Rusiya ümid edir ki, Ermənistanın xarici siyasətinin diversifikasiyası anti-Rusiya bloklarının standartlarına yönəlməyi nəzərdə tutmur.
"Report" xəbər verir ki, bu, Rusiya Xarici İşlər Nazirliyinin (XİN) məlumatında yer alıb.
"Bu nəticəyə gəlirik ki, Ermənistan rəhbərliyinin xarici əlaqələrin diversifikasiyası xətti ənənəvi müttəfiqlər ilə əməkdaşlığın dayandırılmasını, ölkəmizə (Rusiya - red.) strateji məğlubiyyət yaşatmaq istəyən birlik və blokların standartlarına yönəlməyi nəzərdə tutmur", - Rusiya XİN başçısı Sergey Lavrov qeyd edib.
O, Ermənistanın Avropa İttifaqı (Aİ) ilə yaxınlaşmasını nəzərdə tutub.
Lavrovun sözlərinə görə, Moskva və İrəvan arasında münasibətlər onların müttəfiq statusunu təsbit edən möhkəm hüquqi bazaya əsaslanır.
"Biz Avrasiya məkanında ümumi inteqrasiya birliklərinin çərçivəsində səmərəli əməkdaşlıq edirik. Avrasiya İqtisadi İttifaqına üzvlük respublikaya real, hiss olunan dividendlər gətirir", - nazir qeyd edib.
O, həmçinin vurğulayıb ki, Ermənistan bütün hüquq və vəzifələri ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olaraq qalır. Moskvada İrəvanın təşkilatın işində tam iştirakın tərəfdarıdır, çünki KTMT ölkənin təhlükəsizliyinin ayrılmaz elementidir.
Lavrov Rusiyanı Ermənistanın əsas və etibarlı ticarət-investisiya tərəfdaşı, ərzaq və enerji təhlükəsizliyinin qarantı adlandırıb: "Ölkəmiz onun xarici ticarətində təxminən 35 % təşkil edir. Rusiya biznesi ölkənin sosial-iqtisadi rifahının vacib elementlərindən biridir".
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycana mobil telefonların idxalı qaydaları dəyişdirilib: vətəndaşları nə gözləyir?
-
Dövlət qurumlarına göndərilən beş milyondan artıq zərərli elektron məktub bloklanıb
-
Polşada güclü şaxtalar fonunda 90-dan çox insan həlak olub
-
Mehriban Əliyeva Gənclər Günü ilə bağlı paylaşım edib
-
ADDA ilə GN Group Corporation arasında əməkdaşlıq memorandumu imzalanıb
-
Venesuela mayeləşdirilmiş neft qazının ilk partiyasını ixrac edib













