Adil Qeybulla: "Fəsil keçidi dövrü sağlamlıq üçün ən riskli vaxtlardır"
İqlim dəyişiklikləri və temperaturun tez-tez dəyişməsi insanların gündəlik həyatına və sağlamlığına ciddi təsir göstərir.
Bir çox insan havanın soyuması və ya qəfil istiləşməsi zamanı halsızlıq, yorğunluq, yuxululuq və immun sisteminin zəifləməsi kimi problemlərlə qarşılaşır. Bu hallar xüsusilə uşaqlar, yaşlılar və işləyən insanlar arasında daha çox müşahidə olunur. Bəs hava şəraiti ilə insan orqanizmi arasında hansı əlaqə var?
Paytaxt sakinləri bu mövzu ilə bağlı müxtəlif fikirlər səsləndiriblər.
"Fəsillərlə birbaşa əlaqəsi olduğunu düşünmürəm. Məncə, bu daha çox insanların qida rasionunun zəif olması ilə bağlıdır. Fastfud tipli qidaların çox istehlakı nəticəsində orqanizm lazımi vitaminləri ala bilmir", - deyə sakinlərdən biri bildirib.
Digər bir vətəndaş isə qeyd edib: "Ola bilsin ki, insan orqanizmi müəyyən fəslə uyğunlaşır və növbəti fəsildə dəyişikliklərə adaptasiya etməkdə çətinlik çəkir".
Həkim Adil Qeybullanın sözlərinə görə, soyuqdan istiyə və istidən soyuğa keçid dövrlərində bir sıra xəstəliklərin kəskinləşməsi müşahidə olunur: "Xüsusilə mədə-bağırsaq xəstəlikləri, onikibarmaq bağırsaq xorası, bəzi nevrozlar, ürək-damar xəstəlikləri, tromboz və digər ağırlaşmalar bu dövrlərdə daha çox qeydə alınır. Bu, əsasən orqanizmin mövsümi dəyişikliklərə uyğunlaşma prosesində yaşadığı streslə izah olunur".
O qeyd edib ki, xəstə şəxslər, hamilə qadınlar, yaşlı insanlar və orqanizmin müdafiə resursları zəif olan şəxslər sözügedən keçid dövrlərini daha çətin keçirirlər. Buna görə də onlar sağlamlıqlarına xüsusi diqqət yetirməlidirlər.
Mütəxəssislər bildirirlər ki, oksigenlə zəngin şimal küləyində gəzinti, günəş şüalarından mütəmadi faydalanmaq, musiqi dinləmək, vitamin və minerallarla zəngin qidaların rasionda üstünlük təşkil etməsi, eləcə də müasir dövrdə həyatımızda mühüm yer tutan texnologiyalardan mümkün qədər az istifadə etmək immun sisteminin gücləndirilməsinə kömək edə bilər.
Oxşar xəbərlər
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycana mobil telefonların idxalı qaydaları dəyişdirilib: vətəndaşları nə gözləyir?
-
Dövlət qurumlarına göndərilən beş milyondan artıq zərərli elektron məktub bloklanıb
-
Polşada güclü şaxtalar fonunda 90-dan çox insan həlak olub
-
Mehriban Əliyeva Gənclər Günü ilə bağlı paylaşım edib
-
ADDA ilə GN Group Corporation arasında əməkdaşlıq memorandumu imzalanıb
-
Venesuela mayeləşdirilmiş neft qazının ilk partiyasını ixrac edib













