İran Aİ ölkələrinin Tehrandakı səfirlərini XİN-ə çağırıb
İran Avropa İttifaqının (Aİ) İnqilab Keşikçiləri Korpusunu terror təşkilatı kimi tanıması qərarına etiraz olaraq, Aİ-yə üzv ölkələrin Tehrandakı səfirlərini Xarici İşlər Nazirliyinə çağırıb.
BAKU.WS İran mətbuatına istinadən xəbər verir ki, səfirlər bazar və bazar ertəsi günləri XİN-ə dəvət olunub. Görüşlər zamanı Aİ-nin qərarı rəsmi şəkildə pislənib. İran tərəfi bu addımın beynəlxalq hüquqa və BMT Nizamnaməsinə zidd olduğunu, həmçinin İran xalqına qarşı hörmətsizlik kimi qiymətləndirildiyini bildirib.
İranlı rəsmilər İnqilab Keşikçiləri Korpusunun ölkənin milli təhlükəsizliyinin təminində mühüm rol oynadığını vurğulayaraq, Aİ-nin qərarının beynəlxalq sülhə və hüququn aliliyinə zərbə olduğunu qeyd ediblər.
Xatırladaq ki, Avropa İttifaqı İnqilab Keşikçiləri Korpusunu terror təşkilatları siyahısına daxil etdiyini açıqlayıb. Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas sosial şəbəkədə paylaşdığı açıqlamada İranda baş verən repressiyaların cəzasız qalmayacağını bildirərək, bu qərarın AB xarici işlər nazirləri tərəfindən qəbul edildiyini qeyd edib.
Oxşar xəbərlər
Rəsmilər Şəhidlər xiyabanında
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda D-8 ölkələrinin Gənclər Dialoqunun rəsmi açılış mərasimi keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rövşanə Ağasəfqızı: Bunu çəkib paylaşanlar cəzalandırılmalıdır
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
Astanada Azərbaycanın Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub













