Premyer Liqada het-trik edən 50-ci legioner: "Vurduğum qolların sayına xüsusi önəm vermirəm"
Far.Az xəbər saytı

Premyer Liqada het-trik edən 50-ci legioner: "Vurduğum qolların sayına xüsusi önəm vermirəm"


"Qəbələ"nin futbolçusu Domi Massumo vurduğu qolların sayına önəm vermir.

Bunu "Far.Az"a açıqlamasında bölgə təmsilçisinin yarımmüdafiəçisi deyib.

O, Misli Premyer Liqasının XVIII turunda, "İmişli"yə qarşı matçda (3:2) het-trikə imza atması barədə danışıb:

"Mənim işim qol vurmaqdır. Çalışıram ki, əlimdən gələni edim və komandama faydam toxunsun. Vurduğum qolların sayına xüsusi önəm vermirəm. Lakin istənilən halda het-trik etmək çox xoş hisdir. Üstəlik, bunu Azərbaycan çempionatında etməyi bacaran 50-ci legioner futbolçuyam".

Domi Massumo oyundan əvvəl klubun əməkdaşının ona 2 qol vuracağını deyib:

"Komandamızın əməkdaşlarından biri matçdan əvvəl söylədi ki, "Domi, sən bu görüşdə 2 qol vuracaqsan". Lakin iş elə gətirdi ki, 2 yox, 3 qol vurdum. Özümə arzum budur ki, görəcəyim faydalı işlərlə "Qəbələ"nin qələbələrində pay sahibi olum".

Qeyd edək ki, Domi Massumo Azərbaycan çempionatları tarixində milliləşənlər də daxil olmaqla het-trik edən 50-ci legioner futbolçu olub.

Oxşar xəbərlər

Azərbaycan çempionatları tarixində het-trik edən legioner futbolçuların sayı 50-yə çatıb
Premyer Liqa klublarının rəsmiləri AFFA İcraiyyə Komitəsinin son qərarlarını müsbət qiymətləndirir - SORĞU
"Misli"nin dəstəyilə Peşəkar İntellekt Liqasının 2025-ci il mövsümü başa çatıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Premyer Liqanın XVIII turunda "Qəbələ" "İmişli"yə qalib gəlib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər