Qəhvəyi rəngdə qar yağdı - SƏBƏB...
Far.Az xəbər saytı

Qəhvəyi rəngdə qar yağdı - SƏBƏB...


Türkiyənin Muş vilayətində yağan yağış İraq üzərindən gələn toz buludları ilə birləşərək maraqlı mənzərə yaradıb. Toz daşınımının təsiri nəticəsində ərazidəki bəyaz qarın səthi qəhvəyi rəngə çevrilib.

Far.Az haber global-a istinadən xəbər verir ki, meteoroloji xəbərdarlıqlardan sonra müşahidə olunan qar yağışı zamanı İraq mənşəli toz hissəcikləri qar dənəciyinə qarışaraq qar örtüyünün üzərinə çöküb. Nəticədə sakinlərin "qəhvəyi qar" adlandırdığı görüntülər yaranıb.

Sakinlərdən Şəmsəddin Çəlik bildirib ki, bu hadisə bölgədə baharın gəlişinin əlaməti kimi qəbul olunur. Onun sözlərinə görə, yerə yağan toz qədimdən yazın yaxınlaşmasının göstəricisi sayılıb.

Oxşar xəbərlər

Bakıdakı hərbi paraddan maraqlı FOTOLAR
"Global Media Group" Media Akademiyasının təlim proqramına start verilib
"Global Media Group" "Xəzəri qoruyaq" ekoloji aksiyasına qoşulub
Röya Ayxanın 25 illik səhnə fəaliyyətinə həsr olunan KONSERTDƏN GÖRÜNTÜLƏR
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər