ASCO-nun "Bərdə" gəmi-bərəsi təmir olunaraq istismara qaytarılıb
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) "Bərdə" gəmi-bərəsinin təmiri uğurla başa çatıb.
"Far.Az" ASCO-ya istinadən xəbər verir ki, "Zığ" Gəmi Təmiri və Tikintisi Zavodunda aparılan proses çərçivəsində gəmi üzrə gövdə-qaynaq, boruquraşdırma, elektrik işləri yerinə yetirilib, buxar qazanı, sukeçirməyən qapılar yenilənib. Bundan başqa, göyərtə kranlarının mexaniki və elektrik hissələri, lokomativ-avtovazlar sazlanıb.
Bərənin suüstü hissəsi və vaqon göyərtəsi təmizlənərək ikiqat rənglənib. Həmçinin heyətə məxsus yaşayış və xidməti otaqlar, sanitar-məişət yerləri təmir edilib.
Təmirdən sonra yenidən istismara qaytarılan gəmi ilk reysində Türkmənistanın Türkmənbaşı limanına 32 vaqon və 12 qoşqu çatdırıb.
Qeyd edək ki, uzunluğu 154, eni 17 metr olan gəminin maksimal sürəti 12,5 uzeldir. Bərənin dedveyti 5 500 tondur.
Oxşar xəbərlər
DYMX Neft Emalı Zavodunda yanğın-taktiki təlim keçirib
Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd yolunun tikintisi 95 % icra olunub
İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib
ASCO-nun "Professor Gül" gəmi-bərəsi təmirdən sonra istismara qaytarılıb
Pirşağı–Novxanı–Xırdalan–M4 avtomobil yolunun tikintisi layihəsinin 51 %-i icra edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Dəfn pulu"nu almaq ASANLAŞDIRILIR
-
Elvin Kazımov Tailandda muaytay yarışında birinci yerə çıxıb
-
DİN qanunsuz silah saxlayanlara ÇAĞIRIŞ ETDİ
-
Azərbaycanda keçiriləcək Ümumdünya Ətraf Mühit Gününün tarixi məlum olub
-
WUF13-ə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin növbəti monitorinqi olacaq
-
"Nar" beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu













