Meksika və Aİ 22 mayda strateji tərəfdaşlıq müqaviləsi imzalayacaqlar
Far.Az xəbər saytı

Meksika və Aİ 22 mayda strateji tərəfdaşlıq müqaviləsi imzalayacaqlar


Meksika və Avropa İttifaqı (Aİ) mayın 22-də ölkənin paytaxtında keçiriləcək VIII ikitərəfli sammitdə strateji tərəfdaşlıq müqaviləsi və aralıq ticarət sazişi imzalayacaqlar.

"Far.Az"un məlumatına görə, bu barədə Meksika Xarici İşlər Nazirliyinin ölkə Prezidenti Klaudiya Şeynbaumla Avropa Şurasının Prezidenti Antonio Koşta arasında telefon danışığının yekununa əsasən kommünikesində bildirilib.

"Zirvə görüşünün əsas nəticələrindən biri Meksika ilə Avropa İttifaqı arasında siyasi, iqtisadi və əməkdaşlıq sahələrində strateji tərəfdaşlıq müqaviləsinin, eləcə də aralıq ticarət sazişinin imzalanması gözlənilir", - sənəddə qeyd olunur.

Bəyanatda vurğulanır ki, yeni müqavilə 25 il əvvəl qurulmuş siyasi, iqtisadi və əməkdaşlıq münasibətləri üçün mövcud çərçivəni yeniləyəcək və dərinləşdirəcək.

Aİ sammitdə Avropa Şurasını Prezident Antonio Koşta və Avropa Komissiyasını rəhbəri Ursula fon der Lyayen təmsil edəcək. Onların Meksikadakı iş proqramı 21 mayda başlayacaq.

Oxşar xəbərlər

Bakıda Azərbaycan Könüllülərinin VIII Həmrəylik Forumu keçirildi
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər