Günəşdə ard-arda dörd güclü partlayış baş verib
Son günlər Günəşdə ardıcıl olaraq dörd güclü partlayış qeydə alınıb. ABŞ-nin Milli Okean və Atmosfer Administrasiyasının (NOAA) Kosmik Hava Proqnoz Mərkəzi bu partlayışların Yerə təsirinin yaxın günlərdə hiss oluna biləcəyini açıqlayıb.
Far.Az xəbər verir ki, ilk partlayış fevralın 1-də ilə saat 12:33-də X1.0 gücündə baş verib. Təxminən 11 saat sonra isə X8.1 gücündə daha güclü partlayış qeydə alınıb. Fevralın 2-də isə X2.8 və X1.6 gücündə daha iki partlayış müşahidə olunub.
X sinifinə aid olan bu partlayışlar Günəşdə baş verən ən güclü hadisələr hesab olunur. X8.1 gücündəki partlayış 2024-cü ilin oktyabrından bəri qeydə alınan ən güclü hadisə olmaqla yanaşı, müşahidə tarixində ən güclü 19-cu Günəş partlayışı kimi qeydiyyata alınıb.
Partlayışların Günəş səthində yeni yaranmış və "RGN 4366" adlandırılan ləkə qrupundan qaynaqlandığı bildirilir. Bu bölgənin Yerə tərəf yönəlməsi koronal kütlə atımı ehtimalını artırır.
Mütəxəssislər bildirirlər ki, bu cür hadisələr qütb işıqlarının yaranmasına səbəb ola, eyni zamanda peyklər, elektrik şəbəkələri və rabitə sistemlərində müvəqqəti nasazlıqlar yarada bilər.
Oxşar xəbərlər
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rövşanə Ağasəfqızı: Bunu çəkib paylaşanlar cəzalandırılmalıdır
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
Astanada Azərbaycanın Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub













