Hazırda m10-da bütün əməliyyatlar tam bərpa olunub
Far.Az xəbər saytı

Hazırda m10-da bütün əməliyyatlar tam bərpa olunub


m10 platforması istifadəçilərin vəsaitlərinin təhlükəsizliyini, əməliyyatların şəffaflığını və platformanın sabitliyini daim prioritet hesab edir. Daim stabil və etibarlı xidmət göstərməyə, istifadəçilərin əməliyyatlarının təhlükəsizliyini qorumağa və məlumatların tam məxfiliyini təmin etməyə yönəlib.

Fevralın 3-də m10 platformasında xarici mənşəli "merchant"lardan bəzi istifadəçi hesablarına iri məbləğlərdə vəsait daxil olması qeydə alınıb. Təhlükəsizlik və tənzimləyici tələblərə uyğun olaraq, sözügedən hesablar müvəqqəti olaraq dondurulub.

Hazırda məsələ m10-nun müvafiq komandaları tərəfindən daxili prosedurlara uyğun şəkildə araşdırılır. Araşdırma başa çatdıqdan sonra nəticələrə uyğun olaraq müvafiq tədbirlər görüləcək.

Qeyd olunan səbəblə əlaqədar m10 tətbiqinin fəaliyyətində müvəqqəti fasilə yaranıb, lakin hazırda bütün əməliyyatlar tam bərpa olunub.

Yaranmış narahatlığa görə istifadəçilərimizdən üzr istəyir, göstərdikləri anlayış və etimad üçün təşəkkür edirik.

İstifadəçilərimizin vəsaitlərinin təhlükəsizliyini, əməliyyatların şəffaflığını və platformanın sabitliyini daim prioritet olaraq qorumağa davam edirik.

Oxşar xəbərlər

Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər