İlon Mask sərvəti 850 milyard dolları keçdi
SpaceX və xAI şirkətlərinin birləşməsi ilə bağlı qərardan sonra İlon Maskın şəxsi sərvəti 852,5 milyard dollara çataraq yeni rekord müəyyənləşdirib.
Far.Az "Forbes"ə istinadən xəbər verir ki, 2024-cü ildən bu yana sərvətini dörd dəfə artıran Mask mövcud artım tempi davam edərsə, "dünyanın ilk trilyoneri" olacağı ilə bağlı proqnozlar gözləniləndən də tez reallaşa bilər.
Sərvətin artmasında əsas amillərdən biri Tesla səhmlərinin son altı ayda 39,4 faiz bahalaşmasıdır. Eyni zamanda Delaver Ali Məhkəməsinin 55 milyard dollarlıq bonus paketini təsdiqləməsi və Tesla səhmdarlarının yeni ödəniş planına dəstəyi bu yüksəlişi gücləndirib.
Analitiklərin fikrincə, SpaceX və xAI birləşməsindən sonra SpaceX-in dəyəri 1 trilyon, xAI-ın isə 250 milyard dollara çatıb. 2026-cı ildə planlaşdırılan SpaceX-in IPO-su baş tutarsa, Maskın sərvətinin 1 trilyon dollar həddini keçəcəyi gözlənilir.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rövşanə Ağasəfqızı: Bunu çəkib paylaşanlar cəzalandırılmalıdır
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
Astanada Azərbaycanın Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub













