Ayxan Abbasov: "Qarabağ" Azərbaycan Kubokunun favoritidir"
Far.Az xəbər saytı

Ayxan Abbasov: "Qarabağ" Azərbaycan Kubokunun favoritidir"


"Qarabağ" Azərbaycan Kubokunun favoritidir.

"Far.Az" xəbər verir ki, bunu "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov lubokun 1/4 final mərhələsinin "Qarabağ"la ilk matçından sonra mətbuat konfransında deyib.

O, hava şəraitinin hər iki komandaya çətinlik yaratdığını söyləyib:

"60-cı dəqiqədən sonra digər cinahı görmək çətinləşirdi. İlk hissədə daha yaxşı bağlana bildik. Cavab görüşünə gəlincə, qələbə qazanmağımıza baxmayaraq, favorit yenə də "Qarabağ"dır. Hava şəraiti daha da pisləşsə, matçın təxirə salınması bizdən asılı olmayacaq, amma ümid edirik ki, vəziyyət yaxşıya doğru gedəcək. Futbolçular döyüşdülər. "Qarabağ" kimi rəqiblə iki oyunda mübarizə aparmaq nə qədər çətin olsa da, komandamızın gələcəyi üçün yaxşı təcrübədir. Demək olar ki, cütün taleyi ikinci oyuna qaldı. Rəqib sıx qrafikdə oynayır, bəzi oyunçuları yox idi. Futbolçularım ilk hissədə tapşırıqları daha yaxşı icra etdilər, sonradan yorğunluq özünü göstərdi. Beş gündən sonra yenidən "Qarabağ"la qarşılaşacağıq, yaxşı bərpa olub həmin oyuna hazırlaşacağıq. Baxmayaraq ki, "Qarabağ" Azərbaycan Kubokunun favoritidir".

A.Abbasov komandanın heyətinin geniş olmadığını və rotasiya imkanlarının məhdudluğunu vurğulayıb:

"Təbii ki, tam gümrahlıq olmayacaq, yorğunluq qaçılmazdır. Amma oyun keyfiyyətini artırmaq üçün belə matçlar lazımdır. "Qarabağ"la oyunda hər şey aydın görünür. Çempionatda hədəfimiz bəllidir, amma həm yerimizi qorumaq, həm də daha üst sıralara yüksəlmək istəyirik. Kubokda da imkanlarımız daxilində irəli getməyə çalışacağıq. Rəqib nə qədər güclü olsa da, öncədən təslim olmaq fikrimiz yoxdur".

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər