Ağcabədidə bıçaqlanan azyaşlının atası: "Qoyun dərisini soyan kimi uşağa xəsarət yetiriblər"
"Uşağım aldığı xəsarətlərə görə üç dəfə əməliyyat olunub, hazırda həkim nəzarətində saxlanılır".
BAKU.WS xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında Ağcabədi rayonunda 19 bıçaq xəsarəti yetirilən 2019-cu il təvəllüdlü S.B.-nin atası Rəşad Bəşirov deyib.
R.Bəşirov bildirib ki, oğlunu bıçaqlayan şəxs onu aldadıb evlərindən kənara aparıb:
"Oğlum darvazamızın qarşısında oynayırmış. Deyir ki, uşaqlardan biri onu çağırıb ki, Muradgilin həyətində it var, gedək, ona baxaq. Aldadıb aparıb, orada bıçaqlayıb. Bıçaqlayanın 12 yaşı var, atasını da tanıyıram, kəndçimizdir, kənddə heyvan alveri ilə məşğuldur. Oğluma xəsarət yetirənin dayısı isə dostumdur. 10 nəfər göstəriblər oğluma, bıçaqlayanı göstərib. Onu saxlayıblar, polisdədir, amma valideynləri hadisəni etiraf etmirlər. Deyirlər ki, hadisəni onların övladı törətməyib.
Oğlum deyir ki, həmin yeniyetmə əvvəllər də onu hədələyib deyə ondan qorxurmuş. Həmin gün də getmək istəməyib, onu aldadıb aparıb.
R.Bəşirov hadisəyə obyektiv qiymət verilməsini istəyir:
"Mənim heç kimlə düşmənçiliyim yoxdur, heç kimə də şər atmıram. Amma mənim uşağıma bu işgəncəni verən adam layiqli cəzasını alsın, valideynləri etiraf etsinlər. Uşağım çiynindən dərin bıçaq xəsarəti alıb, üç dəfə çiynindən əməliyyat olunub. Bundan başqa, qarın və kürək nahiyələrindən xəsarətlər alıb. Elə bil qoyun dərisini soyan kimi uşağa xəsarət yetiriblər".
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Ağcabədidə bıçaqlanan 7 yaşlının atası: Oğluma xəsarət yetirən şəxsin 13 - 14 yaşı var
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Lənkəran, Astara, Masallı, Lerik və Yardımlıda Zəfər Günü qeyd edilib
-
Ölkə ərazisinin əksər yerlərində hava yağıntılıdır - Faktiki hava
-
"Real" səfərdə "Valensiya"nı darmadağın edib
-
Kənd Təsərrüfatı Nazirliyi Zəfər Gününə həsr olunmuş videoçarx hazırlayıb
-
Los-Ancelesdə avtomobil piyadaların üzərinə sürülüb, 8 nəfər yaralanıb
-
Mehriban Əliyevaya: Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün













