Məcnun Məmmədov: "1991-2023-cü illərdə taxıl istehsalı 2 dəfədən çox artıb"
1991-ci ildə Azərbaycanda 1 milyon 346,4 min ton taxıl məhsulları, o cümlədən 889,4 min ton buğda istehsal edilmişdisə, 2023-cü ildə ölkədə 3 milyon 248,6 min ton (2,4 dəfə çox) taxıl, o cümlədən 1 milyon 833,9 min ton buğda (2,1 dəfə çox) istehsal edilib.
"Far.Az" xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Bakıda keçirilən "İqlim dəyişikliyi fonunda dayanıqlı ərzaq təhlükəsizliyi" mövzusunda konfransda bildirib.
"Azərbaycan SSRİ dövründə buğda ilə özünü təqribən 30 % səviyyəsində təmin edirdisə, hazırda bu göstərici təqribən 58 %-ə yüksəlib. Son dövrlər ölkədə kənd təsərrüfatının inkişafı sahəsində formalaşmış potensial, xüsusilə dövlət-özəl tərəfdaşlığı hesabına və müasir texnologiyaların tətbiqinə əsaslanmaqla iri taxılçılıq təsərrüfatlarının yaranması, həmçinin uzun illər ərzində işğal altında qalan torpaqlarımızın azad olunması ölkənin buğda ilə özünütəminetmə səviyyəsinin daha da artırılması üçün yeni hədəflər və yeni imkanlar yaradıb", - deyə o qeyd edib.
Nazir əlavə edib ki, bu ilin noyabrnda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 29-cu Tərəflər Konfransı (COP29) ərəfəsində təşkil olunmuş bu konfransın mövzusu kənd təsərrüfatı sektorunun əsas çağırışlarından biridir və bu sahədə həyata keçirilən siyasətlərin düzgün yönləndirilməsi günün əsas tələblərindəndir: "Nazirlik olaraq biz də dünyada gedən qlobal prosesləri və ölkə prioritetlərini nəzərə alaraq aqrar siyasətin yönəldilməsində səmərəli istifadəni, resursqoruyucu yanaşmaların tətbiqini, ətraf mühitin mühafizəsini və dayanıqlı təsərrüfatçılıq ənənələrinin formalaşmasını ön planda saxlayırıq. Bütün növ vergi ödəmələrindən azad olan aqrar sektorda fermerlərə dəstək üçün müxtəlif növ subsidiya və kredit mexanizmləri mövcuddur".
"Ölkədə aqrar biznes sektorunu dəstəkləmək üçün aqrar bazarı ədalətli rəqabətə açmışıq. Hazırda xarici və yerli şirkətlər sadələşdirilmiş prosedurlardan keçərək müstəqil olaraq öz məhsullarını fermerlərə təklif edə və dövlətin güzəştlərindən yararlana bilir. Prezident İlham Əliyevin həyata keçirdiyi aqrar islahatlar çərçivəsində ərzaq təhlükəsizliyi məqsədlərinə xidmət edən aqrar sahəyə dövlət dəstəyi mexanizmləri daim təkmilləşdirilməklə, bu mexanizmlər üzrə müvafiq dəstək tədbirlərinin həcmi də mütəmadi olaraq artırılır. Azərbaycanda taxıl məhsulları, o cümlədən buğda istehsalının həcmi dövlət müstəqilliyinin əldə olunduğu dövrlə müqayisədə ciddi şəkildə yüksəlib",- deyə M.Məmmədov vurğulayıb.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Alim: Füzulinin qəbrini Azərbaycana gətirsək, ruhu narahat olar - MÜSAHİBƏ
Azərbaycanda bəzi bitkilər üzrə yalnız məhsul subsidiyası veriləcək
AZAL-ın Baş Kommersiya İnzibatçısı: “Bilet qiyməti heç də hər zaman aviaşirkətdən asılı deyil”-MÜSAHİBƏ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Naxçıvanda yeni tədris ilində 49 min şagird təhsil alacaq
-
Bakının Yasamal rayonunun bəzi ərazilərində qaz təchizatında qısamüddətli fasilə olacaq
-
"AzerGold" Naxçıvanın mineral potensialını xarici şirkətlə birgə araşdıracaq
-
Ağcabədidə Aqrar Biznes Festivalı və Toxum Sərgi-Satış Yarmarkası keçirilib
-
Gədəbəydə güllələnmiş meyit tapıldı
-
Xocavəndə köçən ailələrə mənzillərin açarları təqdim edilib - YENİLƏNİB-2













