Bu dərmanlar sizi kor və kar edə bilər - Həkimlərdən XƏBƏRDARLIQ
Səhiyyə sahəsində aparıcı mütəxəssislər arıqlama məqsədilə istifadə olunan preparatlaın potensial olaraq ciddi yan təsirlərə səbəb ola biləcəyi barədə xəbərdarlıq edirlər.
BAKU.WS "Daily Mail"ə istinadən xəbər verir ki, bu yan təsirlər arasında görmə qabiliyyətinin ciddi pozulması və hətta geri dönməyən korluq halları da var.
Bir sıra elmi araşdırmalar bu preparatların qəbulu ilə qeyri-arteritik ön işemik optik neyropatiya (NAION) arasında əlaqə olduğunu göstərib. Bu nadir xəstəlik zamanı görmə sinirinin qanla təchizatı pozulur və nəticədə qəfil, geri dönməz görmə itkisi baş verə bilər.
Keçən il "JAMA Ophthalmology" jurnalında ABŞ-dƏ bu səbəbdən görmə qabiliyyətini itirmiş doqquz pasiyentlə bağlı məlumatlar dərc olunub. Onlardan yeddisinə "NAION" diaqnozu qoyulub. Hadisələrdən birində qadın semaqlutidin ilk inyeksiyasından sonrakı səhər sol gözündə tam görmə itkisi ilə üzləşib. Preparat müvəqqəti dayandırıldıqdan və sonradan yenidən qəbul edildikdən sonra isə o, ikinci gözünün də görmə qabiliyyətini itirib.
Digər hallarda pasiyentlər göz önündə qəfil ağrısız "kölgə" yaranmasından, torlu qişa damarlarının zədələnməsindən və göz daxili qanaxmalardan şikayət ediblər. Bəzi vəziyyətlərdə preparatın qəbulu dayandırıldıqdan sonra görmə qismən və ya tam bərpa olunub, lakin bir sıra pasiyentlərdə pozuntular qalıcı olub.
Alimlər vurğulayırlar ki, bu ağırlaşmaların dəqiq mexanizmi hələ tam aydınlaşdırılmayıb. Ehtimal olunur ki, qanda şəkərin kəskin azalması gözün xırda damarlarına zərər verərək görmə sinirinin qidalanmasını poza bilər.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub
-
"SpaceX" ilk dəfə orbital uçuşdan sonra "Starship" gəmisini uğurla tutub
-
Hörmüz boğazının cənubunda iki neft tankeri minaya düşərək partlayıb
-
Aleksandar Vuçiç Serbiya parlamentində fraksiya rəhbəri seçilib
-
İsmayıl Bəqai: ABŞ ilə münaqişə 1979 yox, 1953-cü ildə başlayıb













