Avtomobillərlə bağlı gözlənilməz qadağa: Çin geri addım atdı
2012-ci ildə "Tesla"nın avtomobil bazarına gətirdiyi yenilik - avtomobillərin qapı dəstəklərinin içəridən açılması tezliklə dəb halını aldı.
Bu yenilik Çində təkrarlanaraq həmin bazarda geniş şəkildə istifadə edilməyə başlandı. Lakin indi Çin bu tətbiqə qadağa qoyur.
Bunun səbəbi nədir?
Avtobloger Araz Mübarizoğlunun Baku TV-yə dediklərinə görə, bu yeniliyin müsbət tərəfi gizli tutacaqların avtomobillərə aerodinamik üstünlük verməsidir. Lakin mənfi tərəfləri daha çoxdur.
O qeyd edib ki, Çin avtomobilləri daha çox Rusiyaya ixrac olunur və soyuq hava şəraitində bu cür gizli tutacaqların açılması problemlər yarada bilər.
Araz Mübarizoğlu əlavə edib ki, bu mexanizm yalnız görkəm üçündür, amma həm təhlükəli, həm də bahalıdır: "Yanğın zamanı bu qapıları açmaq mümkün olmur, çünki sistem maşını bloklayır, bu da insanların avtomobildən çıxmasını və xilas olunmasını çətinləşdirir".
Qeyd edək ki, qayda qüvvəyə mindikdən sonra yalnız istehsal mərhələsində olan modellərə 2029-cu ilə qədər möhlət veriləcək. Elektron mexanizmlə idarə olunan, qapının içərisinə sıxılmış zərif tutacaqlar artıq sertifikat almayacaq.
Mütəxəssislərin fikrincə, avtomobillərin mexaniki dəstəklərlə açılması həm avtomobil istehsalçıları, həm də vətəndaşlar üçün sərfəlidir. Çünki bu dəstəklər həm ucuz başa gəlir, həm də təhlükəsizdir.
Oxşar xəbərlər
Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
Horadiz-Ağbənd dəmir yolu ilə Araz İqtisadi Zonası Sənaye Parkına yüklərin daşınmasına başlandı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub
-
"SpaceX" ilk dəfə orbital uçuşdan sonra "Starship" gəmisini uğurla tutub
-
Hörmüz boğazının cənubunda iki neft tankeri minaya düşərək partlayıb
-
Aleksandar Vuçiç Serbiya parlamentində fraksiya rəhbəri seçilib
-
İsmayıl Bəqai: ABŞ ilə münaqişə 1979 yox, 1953-cü ildə başlayıb













