Dövlət teatrlarında islahatlara başlanılıb, "Azdrama"da yeni təyinatlar olub
Dövlət teatrlarında idarəetmə sistemindəki islahatlar çərçivəsində ştat cədvəllərinin yenilənməsinə başlanılıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrından bildirilib.
Qeyd olunub ki, teatrın əsasnaməsi, idarəetmə strukturu və ştat cədvəli yenilənib və müasir idarəetmə prinsiplərinə uyğunlaşdırılıb.
Yeni yaradılan şöbə və bölmələr üzrə bir sıra təyinatlar həyata keçirilib.
Belə ki, yaradıcılıq şöbəsinin müdiri vəzifəsinə Aidə Qafarova, strategiya və kommunikasiya şöbəsinin menecer-şöbə müdiri vəzifəsinə Lalə Məmmədova, artist heyətinin idarə edilməsi bölməsinin müdiri vəzifəsinə Elnur Məmmədov, geyim və səhnə tərtibatı şöbəsinin müdiri vəzifəsinə Fuad Qədirov, səhnə quraşdırma, səs və işıq bölməsinin müdiri vəzifəsinə isə Faiq Həsənov təyin olunub.
Vurğulanıb ki, islahatların əsas məqsədi dövlət teatrlarında idarəetmə mexanizmlərini daha səmərəli, çevik və şəffaf etmək, qərar qəbuletmə prosesini təkmilləşdirmək və yaradıcılıq potensialının daha effektiv şəkildə reallaşdırılmasına şərait yaratmaqdır.
Xatırladaq ki, Mədəniyyət Nazirliyi dövlət teatrlarının idarəetmə sisteminin təkmilləşdirilməsi istiqamətində müvafiq qərarlar qəbul edib. Qərara əsasən, "Teatr və teatr fəaliyyəti haqqında" qanunun tələblərinə uyğun olaraq, dövlət teatrlarının əsasnamələri, strukturu və ştat cədvəlləri yenidən işlənilərək təsdiqlənib.
Oxşar xəbərlər
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
İlham Əliyev Səməd Vurğun adına Yaradıcılıq Evinin açılışında iştirak edib
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində "Neft bumu hamıya gülümsəyir" festivalının açılışı olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub
-
"SpaceX" ilk dəfə orbital uçuşdan sonra "Starship" gəmisini uğurla tutub
-
Hörmüz boğazının cənubunda iki neft tankeri minaya düşərək partlayıb
-
Aleksandar Vuçiç Serbiya parlamentində fraksiya rəhbəri seçilib
-
İsmayıl Bəqai: ABŞ ilə münaqişə 1979 yox, 1953-cü ildə başlayıb













