2027-ci ildə bank kreditləri və ipoteka ucuzlaşacaq? - VACİB AÇIQLAMA
"Azərbaycanda bank kreditləri üzrə faizlərin 2027-ci ildən etibarən aşağı düşməsi ehtimalı var. Lakin bu prosesin qısa müddətdə və kəskin şəkildə baş verəcəyi gözlənilmir. Faizlərin azalması bir sıra iqtisadi amillərdən və bank sektorunda aparılan islahatlardan asılı olacaq".
BAKU.WS-in məlumatına görə, bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc açıqlayıb.
Onun sözlərinə görə, hazırda kreditlər üzrə orta faiz dərəcəsi təxminən 18 faiz, manatla əmanətlər üzrə orta faiz isə 8,3 faiz civarındadır:
"Mərkəzi Bankın uçot dərəcəsi 6,5 faiz təşkil edir. İpoteka kreditlərində də faiz fərqləri diqqət çəkir. Belə ki, İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə adi ipoteka illik 8 faiz, güzəştli ipoteka isə 4 faizlə təklif olunur. Bankların öz vəsaitləri hesabına verdiyi ipoteka kreditlərində orta faiz dərəcəsi isə 11-12 faiz ətrafındadır.
Gələn ildən kredit faizlərinin aşağı düşməsini mümkün edən bir neçə amil var. Bunlardan biri inflyasiyanın sabitləşməsi ilə bağlı gözləntilər və uçot dərəcəsinin azaldılması istiqamətində atılan addımlardır.
Digər mühüm amil banklar arasında rəqabətin gücləndirilməsi və maliyyə resurslarının qiymətinin aşağı düşməsidir. Depozit faizlərinin azalması da bankların cəlb etdiyi vəsaitlərin maya dəyərinə təsir göstərərək gələcəkdə kredit faizlərinin ucuzlaşmasına şərait yarada bilər.
Problemli kreditlərin həcminin azaldılması istiqamətində görülən işlər də bank sektorunun maliyyə dayanıqlığını gücləndirə və kredit şərtlərinin yumşalmasına imkan verə bilər".
AQC sədri hesab edir ki, bütün bu amillər 2027-ci ildə kredit faizlərinin aşağı düşməsi üçün zəmin yarada bilər:
"Bununla belə, bank sektorunda faiz siyasətinin kəskin dəyişdirilməsi məqsədəuyğun deyil. Çünki belə bir addım bankların maliyyə dayanıqlığına mənfi təsir göstərə və əlavə risklər yarada bilər.
Bu səbəbdən faizlərin azaldılması prosesi mərhələli şəkildə həyata keçirilməlidir. Yəni 2027-ci ildə kreditlərin ucuzlaşması real ehtimaldır, amma bunun vətəndaşların kredit ödənişlərində dərhal və ciddi azalma yaradacağını indidən söyləmək tezdir".
Orxan Hüseyn
Oxşar xəbərlər
Azərbaycanlı məşhurlar Ramazanda oruc tutacaqlar?
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
İpoteka ilə ev almaq istəyənlərə SEVİNDİRİCİ XƏBƏR
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Usman Nurmaqomedov Əbu-Dabidə Merab Dvalişviliyə hücum etdi, cəza gözlənilir
-
Türk İnvestisiya Fondu Türkiyədə ilk maliyyələşdirməni həyata keçirib
-
"Xilasedici" CEV Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib
-
Azərbaycan daxil olmaqla, 50 ölkənin lideri Dublində EPC sammitində bir araya gələcək
-
Serbiyanın kəşfiyyat xidmətinin direktor müavini vəzifəsindən azad edilib
-
Azərbaycan qeyri-neft-qaz ixracını 21 %-ə yaxın artırıb













