"Forbes": Azərbaycan Avrasiyanın geosiyasi baxımdan yenidən qurulmasında kilid rol oynayır
Rusiyanın əvvəlki təsir rıçaqlarını itirdiyi, ABŞ və digər qlobal oyunçuların isə iqtisadi əməkdaşlıq, infrastruktur layihələri və diplomatik təşəbbüslər vasitəsilə öz mövcudluğunu gücləndirmək şansı qazandığı Avrasiyadakı kritik geosiyasi yenidənqurma fonunda Azərbaycan ön plana çıxaraq Avrasiya və Hind-Sakit okean regionu arasında strateji körpüyə çevrilir.
"Report" xəbər verir ki, bu barədə "Forbes" nəşrinin analitik məqaləsində deyilir.
Materialın müəllifləri qeyd ediblər ki, bu proseslər Şərqi Avropa və Qara dənizdən Türkiyə, Cənubi Qafqaz, Xəzər, Mərkəzi Asiya, Cənubi Asiya vasitəsilə Ərəbistan dənizinə qədər uzanan yeni geoiqtisadi məkan yaradır.
"Tarixən bu geniş quru sahəsi rəqib imperiyaların – yunan, fars, Roma, Bizans, ərəb, türk, monqol və rus imperiyalarının qarşıdurma arenası olub. Bu gün formalaşan Trans-Avrasiya şəbəkəsində Azərbaycan Avropa, Avrasiya və Hind-Sakit okean iqtisadi sistemini və təhlükəsizlik arxitekturasını birləşdirən strateji körpü rolunu oynayaraq kilid mövqe tutur. Müvafiq olaraq, ABŞ-nin Bakı ilə qarşılıqlı fəaliyyətini dərinləşdirməsi regionda dəyişən güc balansına təsir göstərmək üçün kritik dərəcədə vacib rıçaqa çevrilib", – məqalədə deyilir.
Analitiklər həmçinin göstəriblər ki, Azərbaycana qarşı "Azadlığa Dəstək Aktı"na edilmiş 907-ci düzəliş aktuallığını itirib və ləğv edilməlidir. Ekspertlər İrəvanın öz xarici siyasətinə zidd olaraq bu düzəlişin saxlanmasını uğursuzcasına müdafiə edən məhdud dairələrin səylərini "diaspor tərəfindən idarə olunan partiyalı lobbiçiliyin inadkarlığı" adlandırıblar.
"Onlar ABŞ-nin Cənubi Qafqazdakı maraqlarına – TRIPP layihəsini və onun Vaşinqtona vəd etdiyi strateji dividendləri təhlükə altına atmaqla xələl gətirirlər", – məqalədə qeyd olunub.
"Forbes" xatırladıb ki, ABŞ-nin vitse-prezidenti Cey Di Vensin İrəvan və Bakıya səfəri Ermənistan vasitəsilə Azərbaycanı onun eksklavı Naxçıvanla birləşdirəcək strateji tranzit dəhlizinin – "Beynəlxalq sülh və firavan həyat naminə Tramp Marşrutu"nun inkişafını sürətləndirmək məqsədi daşıyır.
"Vensin turu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev (3–4 fevral) və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin (5–6 fevral) strateji əlaqələri gücləndirmək, ticarəti genişləndirmək və Mərkəzi Asiyanı Pakistan limanları və dünya bazarları ilə birləşdirən tranzit marşrutlarını inkişaf etdirmək üçün Pakistanla son təmaslarından sonraya təsadüf edir.
Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan və Pakistanın iştirakı ilə əlaqələndirilmiş təşəbbüslər – Rusiyanın geri çəkilməsi, Çinin həddindən artıq genişlənməsi və İranın qeyri-sabitliyi fonunda Avrasiyanın güc dinamikasını yenidən formalaşdırır və ABŞ-nin öhdəliklərin yenidən bölüşdürülməsinə və müttəfiqlik öhdəliklərinin korrektə edilməsinə yönəlmiş yanaşmasını gücləndirir. Bu formalaşan arxitektura çərçivəsində Azərbaycan Cənubi Qafqaz, Mərkəzi Asiya və daha geniş Hind-Sakit okean regionu arasında əsas əlaqələndirici körpü rolunu oynayır", – materialda bildirilir.
Oxşar xəbərlər
Prezident Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan şəkər ixracından qazancını 4 dəfədən çox artırıb
-
Melburnda sürücü avtomobili izdihamın üzərinə sürüb, ölən və yaralanan var
-
Antalya Diplomatiya Forumu – Azərbaycanın artan diplomatik çəkisi və yeni reallıqlar - ŞƏRH
-
İran XİN: Hörmüz boğazından keçid minalara görə məhdudlaşdırıla bilər
-
Türkiyə Ali Məhkəməsinin nümayəndə heyəti Xankəndidə bərpa işləri ilə tanış olub
-
Sumqayıtda futbol oynayarkən halı pisləşən gənc ölüb













