57 yaşlı yazıçı xərçəngdən vəfat etdi
Xərçəng xəstəliyi ilə mübarizə aparan türkiyəli yazıçı Bülent Akyürek 57 yaşında vəfat edib.
Far.Az xəbər verir ki, bu barədə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi rəsmi sosial şəbəkə hesabında paylaşım edərək Akyürekin vəfat etdiyini təsdiqləyib.
Paylaşımda onun Türk ədəbiyyatı və düşüncə dünyasına verdiyi töhfələr xüsusi vurğulanıb, ailəsinə və yaxınlarına başsağlığı verilib.
Yazıçı bir müddətdir müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Onun cənazəsi bu gün günorta namazından sonra Ankaranın Gölbaşı qəbiristanlığında torpağa tapşırılacaq.
Xatırladaq ki, Bülent Akyürek 1969-cu ildə Elazığda doğulub. 1985-ci ildə Ankaraya köçüb. Gənc yaşlarından yazarlıqla məşğul olan müəllifin əsərləri 17 yaşından etibarən nəşr olunmağa başlayıb.
Akyürek "Yılgın Türkler", "İçinizdeki Öküze Oha Deyin!", "Zamanın Efendisi" kimi tanınmış kitablarla yanaşı, "Cinnetim Cennetimdir", "Müslümanın Diyeti", "Bir Mazlumun Portresi: Malcolm X", "Felsefe Bitmiştir", "Modern Müslümanların El Kitabı" və onlarla digər əsərin müəllifi olub.
Oxşar xəbərlər
Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
Qış turizm mövsümü öncəsi daxili turizm imkanları nümayiş etdirilib
2025-ci ildə vəfat edən AZƏRBAYCANLI MƏŞHURLAR - SİYAHI
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Milli Qəhrəman Şahin Tağıyevin cənazəsi Təzəpir məscidinə gətirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rövşanə Ağasəfqızı: Bunu çəkib paylaşanlar cəzalandırılmalıdır
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
Astanada Azərbaycanın Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub













