Dövlət Statistika Komitəsinin yeni sədri kollektivə təqdim olunub
Dövlət Statistika Komitəsinin sədri təyin edilən Azər Mursaqulov kollektivə təqdim edib.
"Far.Az" xəbər verir ki, təqdimatı Azərbaycan Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi Xalid Əhədov edib.
Təqdimat zamanı çıxış edən Xalid Əhədov Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda aparılan genişmiqyaslı islahatların bütün sahələri əhatə etdiyini, statistika sahəsinin isə xüsusi əhəmiyyət daşıdığını bildirib.
Dövlət Statistika Komitəsinin fəaliyyətinin dövlət başçısının daim diqqətində olduğunu vurğulayan Xalid Əhədov, dünyada baş verən proseslərin, rəqəmsallaşmanın ölkənin sosial-iqtisadi və digər sahələrinə təsiri fonunda dövlət qurumlarının, eyni zamanda Komitənin də qarşısında duran yeni vəzifələrdən bəhs edib. Xalid Əhədov bu vəzifələrin uğurla icra olunacağına əminliyini ifadə edib və yeni təyin olunmuş sədrə, eləcə də kollektivə fəaliyyətlərində uğurlar arzulayıb.
Dövlət Statistika Komitəsinin sədri Azər Mursaqulov çıxışında ona göstərilən etimada görə Prezident İlham Əliyevə öz təşəkkürü bildirib. O qeyd edib ki, Komitə qarşısında qoyulan hədəflərin layiqincə icrası, innovativ yanaşmaların tətbiqi, data əsaslı qərarların qəbulu üçün statistika sahəsinin davamlı inkişafı və ölkənin sosial-iqtisadi tərəqqisinə töhfə verəcək islahatların ardıcıl şəkildə həyata keçirilməsi istiqamətində qarşıya qoyulan məqsədlərə nail olmaq üçün bilik, təcrübə və səylərini səfərbər edərək əzmlə çalışacaqlar.
Xatırladaq ki, 2026-cı ilin fevralın 10-da Prezident İlham Əliyevin sərəncamı ilə Azər İsmayıl oğlu Mursaqulov Dövlət Statistika Komitəsinin sədri təyin edilib.
Oxşar xəbərlər
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Əmək və Sosial Münasibətlər Akademiyasında COP29-a həsr edilən elmi nəşrin təqdimatı olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
-
Rəssam Nigar Ağabəylinin "İki dünya arasında" adlı fərdi sərgisi açılıb
-
ABŞ-nin Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin şərtləri bəlli olub
-
ABŞ Konqresinin Nümayəndələr Palatasında demokratlar 258 yer qazanıb
-
WP: Respublikaçılar Trampın bir sıra təyinatlarını bloklamaq niyyətindədirlər
-
Leyla Əliyeva Hanoy Ticarət və Turizm Kollecində Bakı guşəsinin açılışından paylaşım edib













