Tramp və Netanyahu 3 saat İranı müzakirə edib - YENİLƏNİB
Far.Az xəbər saytı

Tramp və Netanyahu 3 saat İranı müzakirə edib - YENİLƏNİB


ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Binyamin Netanyahu arasında Ağ Evdə keçirilən görüş təxminən üç saat davam edib.

"Report" xəbər verir ki, bu barədə yəhudi dövlətinin Baş nazirinin ofisi məlumat yayıb.

Görüşdə ABŞ dövlət katibi Marko Rubio, hərbi nazir Pit Heqset, xüsusi elçilər Stiv Uitkoff və Cared Kuşner, eləcə də səfir Mayk Hakabi də iştirak edib.

İsrail nümayəndə heyətinə İsrailin ABŞ-dakı səfiri Yexiel Leyter, müdafiə naziri Roman Hoffman, milli təhlükəsizlik üzrə müşavir vəzifəsini icra edən Gil Rayx, Baş nazirin yeni Aparat rəhbəri Maykl Ayzenberq və siyasi müşavir Ofir Falk daxil olub.

İsrail mediasının məlumatına görə, görüşdə Vaşinqtonun İranla razılığa gələ bilməməsi halında birgə fəaliyyət planının hazırlanması müzakirə olunub.

"Channel 12" xəbər verir ki, hər iki tərəf razılaşmanın əldə olunma ehtimalına şübhə ilə yanaşır.

Vaşinqtonda ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Binyamin Netanyahu arasında danışıqlar başlayıb.

"Report" xəbər verir ki, bu barədə "The Times of Israel" məlumat yayıb.

Görüşün əsas mövzusu nüvə probleminin həlli üzrə İran-ABŞ danışıqlarının dinamikası olacaq. Netanyahu İsrailin mövqeyini təqdim edəcək, İranla sazişin uranın zənginləşdirilməsinin dayandırılmasını, mövcud materialın ölkə ərazisindən çıxarılmasını, ballistik raketlərin hazırlanmasının dayandırılmasını nəzərdə tutmasının zəruriliyini vurğulayacaq.

Oxşar xəbərlər

Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər