Dövlət Əmək Müfəttişliyi Xidmətində Harvard Universitetinin nümayəndələri ilə görüş keçirilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətində ölkəmizdə səfərdə olan Harvard Universitetinin Beynəlxalq İnkişaf Mərkəzinin (Growth Lab) nümayəndələri ilə görüş keçirilib.
Far.Az xəbər verir ki, İqtisadiyyat Nazirliyinin təşəbbüsü ilə təşkil olunan görüşdə Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev ölkəmizdə son illər həyata keçirilmiş sosial islahatlara dair məlumat verib.
Əmək münasibətlərinin elektronlaşdırılması sahəsində əldə olunmuş nailiyyətlər, əmək qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində atılan addımlar, Əmək Məcəlləsinə edilmiş son dəyişikliklər, qeyri-formal məşğulluğa qarşı mübarizə tədbirləri diqqətə çatdırılıb.
Görüş zamanı əməkhaqlarında davamlı artımlardan da bəhs olunub, minimum əməkhaqqının əmək bazarına təsiri, məşğulluq göstəriciləri və sosial müdafiə mexanizmləri ilə qarşılıqlı əlaqəsi ətrafında geniş fikir mübadiləsi aparılıb.
Həmçinin əmək münasibətlərinin tənzimlənməsi sahəsində mövcud yanaşmalar və beynəlxalq təcrübə məsələləri müzakirə olunub.
Beynəlxalq İnkişaf Mərkəzinin fəaliyyət istiqamətləri barədə də məlumat verilib. Qeyd olunub ki, Mərkəz ölkələrin iqtisadi inkişaf strategiyalarının formalaşdırılması istiqamətində hökumətlərlə əməkdaşlıq edən beynəlxalq tədqiqat və məsləhət qurumudur.
Bu çərçivədə ölkələrin real inkişaf potensialının müəyyənləşdirilməsi, iqtisadi artıma mane olan amillərin təhlili, eləcə də dayanıqlı inkişaf üçün zəruri siyasət istiqamətlərinin müəyyən edilməsi məsələlərinə toxunulub.
Tərəflər qarşılıqlı maraq doğuran istiqamətlər üzrə gələcək əməkdaşlıq imkanlarını müzakirə ediblər.
Qalereya
Oxşar xəbərlər
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır
-
Beyrutda İraq parlamentinin keçmiş deputatının meyiti aşkarlanıb
-
ABŞ Nümayəndələr Palatası Pit Heqsetin impiçmenti təşəbbüsünü bloklayıb













