Aİ-nin koordinatoru: "Bu il Azərbaycanda "Enerji Günləri" keçiriləcək"
Far.Az xəbər saytı

Aİ-nin koordinatoru: "Bu il Azərbaycanda "Enerji Günləri" keçiriləcək"


Azərbaycanda Avropa İttifaqının (Aİ) İqlim və Enerji üzrə Merlər Razılaşması çərçivəsində bu il "Enerji Günləri"nin keçirilməsi planlaşdırılır.

"Far.Az"un Naxçıvana ezam olunmuş müxbiri xəbər verir ki, bunu Aİ-nin İqlim və Enerji üzrə Merlər Razılaşmasının Yerli Dayanıqlı İnkişaf koordinatoru Maksim Vereşçak " Aİ-nin İqlim və Enerji üzrə Merlər Razılaşması - Şərq Tərəfdaşlığı" təşəbbüsü ilə bağlı keçirilən tədbirdə bildirib.

Onun sözlərinə görə, Aİ-nin İqlim və Enerji üzrə Merlər Razılaşması çərçivəsində yaxınlaşan digər bir fəaliyyət isə "Enerji Günləri 2026"dır: "Adətən şəhərlər bu tədbirləri "Avropa Dayanıqlı Enerji Həftəsi" çərçivəsində təşkil edirlər. Güman ki, mart ayının sonuna qədər şəhərlərinizdə keçirmək istədiyiniz tədbir və fəaliyyət ideyalarını toplayacağıq. Enerji günləri çərçivəsində təşkil oluna biləcək müsabiqələr üçün bəzi mükafatlarla sizi dəstəkləyə, metodoloji baxımdan köməklik göstərə, digər şəhərlərin təcrübələrini bölüşə bilərik. Hesab edirəm ki, bu, yerli səviyyədə enerji səmərəliliyini təşviq etmək üçün yaxşı fürsətdir. Bundan başqa, bu il Azərbaycan daxil olmaqla, 200-dən çox iştirakçının qatılacağı böyük konfrans keçirəcəyik. Söhbət bu ilin mayında Moldovada Merlər Razılaşmasının yaradılmasının 15-ci ildönümü ilə bağlı konfransdan gedir".

M.Vereşçak vurğulayıb ki, Azərbaycanda Aİ-nin İqlim və Enerji üzrə Merlər Razılaşamasına imza atan bələdiyyələrin sayının artacağı gözlənilir: " Aİ-nin İqlim və Enerji üzrə Merlər Razılaşmasına sadiq qalan bələdiyyələrin sayının artmasını istəyirik və bələdiyyələrə bu təşəbbüsə qoşulmaq üçün ilk addımlarında kömək etməyə hazırıq. Növbəti addım isə şəhərlərin əsas öhdəliklərindən biri olan Dayanıqlı Enerji və İqlim Fəaliyyət Planının (SECAP) hazırlanmasında yardım göstərməkdir".

Oxşar xəbərlər

Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər