Azərbaycan millisinin baş məşqçisi: "Belarusdakı turnirdə qarşılaşacağımız komandaları təhlil etmişik"
Azərbaycanın U-18 millisinin baş məşqçisi Aqil Nəbiyev Belarusun paytaxtı Minskdə təşkil olunacaq Beynəlxalq İnkişaf Turnirində qarşılaşacaqları rəqibləri təhlil edib.
Mütəxəssis bunu "Report"a açıqlamasında deyib.
O, sözügedən turnirdə layiqli çıxış etmək istədiklərini bildirib:
"Maraqlı rəqiblərlə üz-üzə gələcəyik. Artıq qarşılaşacağımız komandaları təhlil etmişik. Toplanışa 26 futbolçu dəvət olunub. 4 aydır ki, həmin futbolçularla bir yerdə deyilik, onların hansı formada olduğunu bilmirik. Bu səbəbdən toplanışa çox oyunçu çağırılıb. Onların arasından 21-i Belarusdakı turnirə yollanacaq".
Mütəxəssis oyunların sıx qrafikdə keçiriləcəyini xatırladıb:
"Turnirdə 5 günə 4 oyun salınıb. Gördüyünüz kimi, sıx və çətin qrafikdir. Bu baxımdan bir az problem yaşaya bilərik. Hansı futbolçuya neçənci dəqiqədən etibarən şans verəcəyimizi təxmini planlaşdırmışıq. Bu gündən Bakıdakı toplanışa start veririk. İnanırıq ki, bu turnir Azərbaycan futbolu üçün faydalı olacaq".
Qeyd edək ki, yığma fevralın 17-dən 24-dək Belarusun paytaxtı Minskdə reallaşacaq Beynəlxalq İnkişaf Turnirinə qatılacaq. Turnirdə 8 komanda 2 qrupda yarışacaq. Milli B qrupunda Belarus, Rusiya və Özbəkistan kollektivləri ilə mübarizə aparacaq.
Oxşar xəbərlər
Bakıdakı hərbi paraddan maraqlı FOTOLAR
Ucuz qiymətə qızıl almaq istəyənləri SEVİNDİRƏCƏK XƏBƏR
Bankda olan mənzillər təcili satışa çıxarıldı - QİYMƏTLƏR
Ali məktəblərə qəbulun nəticələri açıqlanıb
Torpaq almaq istəyənlər üçün YENİ XƏBƏR - Siyahı açıqlandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ölkə ərazisinin əksər yerlərində hava yağıntılıdır - Faktiki hava
-
Lənkəran, Astara, Masallı, Lerik və Yardımlıda Zəfər Günü qeyd edilib
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
-
Azərbaycan Prezidenti: 44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi
-
Mehriban Əliyevaya: Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün













